Baş səhifə
» TARİX
» Azərbaycan milli-tarixi faciələri
Azərbaycan milli-tarixi faciələri1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqrım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.
1918-ci ilin aprelindən sentyabrınadək ermənilər bolşeviklərin köməyi ilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Kürdəmir, Hacıqabul və Salyanda azərbaycanlılara qarşı soyqrımı həyata keçirdilər. Bu soyqrımın nəticəsində Şamaxı qəzasında 58 kənd dağıdıldı, 7 minə qədər adam öldürüldü, Quba qəzasında 122 kənd dağıdıldı, yüzlərlə dinc sakin məhv edildi.
1918-ci ilin yayında Andranikin başçılığı ilə erməni qüvvələri Naxçıvan və Zəngəzur bölgələrində dinc Azərbaycan əhalisinə qarşı soyqrıma başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhali öz yurdundan qovuldu.
1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olundu. 23 ay fəaliyyət göstərmiş bu dövlət 1991-ci ilə qədər SSRİ-nin tərkibində qalmışdı.
1990-cı il yanvarın 20-də Sovet Ordu hissələri Bakıda və respublikanın digər məntəqələrində dinc əhaliyə qarşı soyqrımı həyata keçirdi. Rəsmi məlumata görə, Sovet Ordusunun hücumu zamanı Bakıda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.
1992-ci il fevralın 26-da Xocalı soyqrımı baş verdi. Rus ordusunun köməyi ilə ermənilər Xocalıda 244 nəfəri qətlə yetirdi, 200 nəfərdən çox itkin düşdü, donaraq ölənlərin sayı isə 700 nəfərdən artıq oldu.
|