Baş səhifə
» TARİX
» Tarixi xronologiya
Tarixi xronologiya1 milyon 500 min - 1 milyon 200 min il əvvəl - Azərbaycanda ilk insanın izləri. Quruçay mədəniyyəti 1 milyon 200 min - 1 milyon il əvvəl - Azıx mağarasında insan həyatının başlanması 400-350 min il əvvəl - Azıx mağarasındakı azıxantropun çənə fraqmenti E. ə. XIII-V minilliklər - Mezolit və neolit dövrü. İstehsaledici təsərrüfatın təşəkkülünün başlanması E. ə. IV-VI minilliklər – Eneolit dövrü. Şomutəpə mədəniyyəti. E. ə. IV-III minilliyin sonu - İlkin tunc dövrü. Kür-Araz mədəniyyəti. haqqında Şumer-Akkad mənbələrinin məlumatı. E. ə. II minillik - Naxçıvan mədəniyyəti. E. ə. II minilliyin birinci yarısı - Ön Asiyaya gələn ari tayfaları Urmiya gölü sahillərində hurilərlə təmasda olmuşlar. E. ə. II minilliyin sonu - I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması. E. ə. IX əsrin ikinci yarısı - Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapmışdır. E. ə. VIII əsr - Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə. E. ə. VIII-VII əsrin sonu - kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması. E. ə. VII əsrin 70-ci illəri - Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi. E. ə. VII əsrin 70-ci illəri - Mada çarlığının meydana gəlməsi. E. ə. 625-585-ci illər - Kiaksarın hökmranlığı. E. ə. 615-ci il - Madalıların Aşşur ilə müharibəsinin başlanması E. ə. 612-ci il - Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi E. ə. 612-605-ci illər - Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi E. ə. VII əsrin sonu - VI əsrin başlanğıcı - Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi E. ə. 550-ci il - Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi E. ə. 522-ci il - Qaumatanın çevrilişi. E. ə. əvvəl 521-ci il - Fravartişin başçılığı ilə madalıların üsyanı E. ə. IV əsr - eramızın III əsri - Yaloylutəpə mədəniyyəti E. ə. 334-330-cu illər - Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu E. ə. 331-ci il - Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi E. ə. IV əsrin son sülsü - Atropatena dövlətinin meydana gəlməsi E. ə. III əsr - Albaniya dövlətinin meydana gəlməsi E. ə. 285-280-ci illər - Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları. E. ə. III əsrin son sülsü - Atropatenanın güclənməsi. Çar Artabazan. E. ə. III əsrin 20-ci illərinin sonu - Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır. E. ə. III əsr - Albaniyada sikkə kəsilməsi. E. ə. II əsrin 60-cı ili - Atropatena yenidən müstəqil siyasət yeridir. E. ə. I əsr - Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi. E. ə. I əsr - Roma müdaxiləsinə qarşı albanların mübarizəsi. E. ə. 60-cı illər - Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması. E. ə. I əsrin ikinci yarısı - Atropatenada Artabazdın hökmranlığı. E. ə. 36-cı il - Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi. E. ə. 35-ci il - Albanların parfiyalılarla çarpışması. Basilevs Zober. E. ə. I əsrin sonu - Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq. Eramızın I əsrinin başlanğıcı - Arşakilər Atropatenada hakimiyyəti ələ keçirmişlər. Eramızın I əsrinin ikinci yarısı - Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması 70-ci illər - Albanların Azərbaycana və qonşu ölkələrə soxulması 80-90-cı illər - Romalıların Albaniyaya yürüşü III əsrin II yarısı - Azərbaycan ərazisində Sasani işğalı dairəsi 313-371 - Alban hökmdarı Urnayr 313 - Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması 422 - Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi 428 - Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri V əsrin ortaları - Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır 450-451 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı 451, 2 iyun - Avarayr döyüşü 457-463 - Alban xalqının Sasanilərə qarşı üsyanı 463-487 - II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq 481-484 - Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları 485 - Nvarsak sülh müqaviləsi 487 - Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası 487-510 - III Mömin Vaçaqan 488 - Aquen (Aluen) məclisinin çağırılması V əsrin sonu VI əsrin I yarısı - Məzdəkilər hərəkatı 510 - Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-628 - Albaniyada II mərzbanlıq dövrü VI əsrin I yarısı, ortaları - Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri 531-579 - I Xosrov Ənuşirəvan 586 - Bizans ordusunun Albaniyaya hücumu 591 - İran-Bizans müqaviləsi 603 - Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması 603-628 - İran-Bizans müharibəsi 626 - Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması 627 - Mehrani Varaz Qriqorun Ktesifonda "Girdiman hakimi və Albaniyanın işxanı" titulunu alması 629-630 - Xəzərlərin Albaniyanı tutması 639-640 - Ərəblərin Azərbaycana ilk uğursuz basqınları 640-642 - İran qoşunlarının Albaniyaya hücumları 640 - Cavanşirin İberiya hökmdarı Atrnersehlə "sarsılmaz ittifaq" bağlaması 642 - Nihavənd döyüşü 643 - Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü 643 - Ərəb-Azərbaycan sülh sazişi 643 - Utba ibn Farkadın xəlifənin Azərbaycandakı "amili" vəzifəsinə təyin edilməsi 643 - Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi 644 - Ərəblərin Muğanı tutması. Sülh sazişi 644-645 - Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları 644-645 - Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi 644-645 - Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı 652-653 - Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması 654-655 - Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi 654 - Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları 664 - Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi 667-670 - Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları 680 - Cavanşirin qətli VII əsr - 15 aşırımın Xudafərin körpüsünün tikilməsi VII əsrin II yarısı - Alban şairi Davdək 680 - Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması 680-669 - Alban hökmdarı I Varaz Tiridat 681 - Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları 688-690 - Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri 691-92, 725-26 - Azərbaycan əhalisinin siyahıya alınması 699-704 - I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri - Moisey Kalankatlı və onun "Alban tarixi" əsəri 704 - Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi 705 - Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi VIII əsr – Azərbaycanda sufizmin yayılmağa başlaması 707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri 721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları VIII əsrin 30-cu illəri - Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri 748-752 - Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı 750 - Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi 755 - Atəşpərəst Sunbadın üsyanı VIII əsrin ortaları - Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması 775-785 - Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı 778-779 - Xürrəmilərın ilk çıxışı 793-794 - Beyləqanda Əbu Müslim üsyanı 796/97-797/98 - Xürrəmilərin Azərbaycanda yeni çıxışları VIII əsrin sonu - Ərəb-Xəzər müharibələrinin başa çatması VIII əsrin sonu - IX əsrin əvvəlləri - "Ərminiyə" inzibati adının faktiki ləğvi VIII əsrin sonu - IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi 808-809 - Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları 816 - Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır. 821 - II Varaz Tiridatın öldürülməsi IX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəli - Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı 830-833 - Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması 835 - Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi 836 - Həştadsər vuruşması 836-cı ilin qışı - Babəkin sərkərdəsi Tarxanın öldürülməsi 837 avqust - Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması 837, 15 sentyabr - Babəkin tutularaq Bərzəndə gətirilməsi 838, yanvar-mart - Babəkin edam edilməsi 839-840 - Təbəristanda Məzyədin başçılığı ilə üsyan 839-40 - Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı 842-847 - İsfahanda xürrəmilərin yeni çıxışları IX əsrin 40-cı illəri - Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar 853 - Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması IX əsrin II yarısı-X əsrin əvvəlləri - Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi 861 - Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları 869 - Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması 886 (887) - Qriqor Hammamın Alban dövlətin bərpa etməsi IX əsrin 80-ci illərinin əvvəlləri - Bakı neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları IX əsrin 80-cı illərin axırı - Sünik və Arsax-Xaçın knyazlığının yaranması IX əsrin II yarısı - X əsrin I yarısı - Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.) 898-941 - Sacilər dövləti 901-927 - Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi 913-914 - Rusların Abşeron sahilinə və Bakıya hücumları 914 - Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi 917 - Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və "şirvan-şah" titulunu qəbul etməsi 917 - Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması 930 - Şirvan-Dərbənd sülh müqaviləsi 943 - Rusların Bərdəni işğalı və dağıtması 960 - Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və "alban hökmdarı" adını qəbul etməsi 971-1075 - Şəddadilər dövləti (Gəncə əmirliyi) 983 - Şabranın qala divarlarının tikilməsi 983-1060; 1107-1117 - Rəvvadilər dövləti 1018-1021, 1029 - Oğuzların Azərbaycana yürüşləri 1027 - Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi 1030 - Rusların gəmilərlə Azərbaycana yeni hücumu 1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü 1040 - Dəndənəkan döyüşü XI əsrin 40-cı illəri - Səlcuq yürüşlərinin başlanması 1045 - Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi 1054 - Sultan Toğrulun Təbrizə hücumu 1066 - Şirvanda iğtişaşlar XI əsrin 60-70-ci illəri - Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları 1078/79 - Bakıda "Sınıq qala" məscidinin inşası XI əsrin sonu - Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması XI-XII əsrlər - Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası XI-XIII əsrin əvvəlləri - Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü 1100 - Beyləqanda üsyan 1111 - Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi 1117-1157 - Böyük Səlcuq sultanı Səncər 1118 - Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması 1120/21 - Gürcü hökmdarı IV Davidin Arrana hücumu 1122 - Gəncədə zəlzələ 1123/24 - Gürcülərin Şirvana hücumları 1130-1213 - Mxitar Qoş 1133-1152 - Məsudun İran sultanı elan edilməsi 1135 - Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti 1136 - Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi 1139 - Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları 1142 - Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı 1145-1234 - Şihabəddin Sührəvərdi 1147 - Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi 1148 - Marağada "Qırmızı günbəz" türbəsinin inşası 1148 - İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları XII əsrin ortaları - Mxitar Qoşun "Nor-Getik"-Qoşavəng monastırının və oradakı məktəbin yaranması 1153 - Sultan Məhəmmədin hakimiyyətə gəlməsi 1160 - Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə "böyük atabəy" titulu verilməsi 1161 - Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması 1163-64 - Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması 1166 - Sünik padşahlığının dağılması 1168 - Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması 1174/75 - Rusların və qıpçaqların Şirvana yürüşləri 1174-1186 - Atabəy Məhəmməd Cahan Pəhləvan 1175 - Təbrizin və Ruindiz qalasının Eldənizlərin mülklərinə qatılması 1186 - Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması 1186-1191 - Atabəy Qızıl Arslan "Məmlük" dövrünün başlanması 1188 - Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması 1191 - Qızıl Arslanın qətli 1191/92 - Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri 1191-1210 - Atabəy Əbubəkr 1194 - Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti 1194 - Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi XII əsr - Qazax rayonu ərazisində "Qırmızı körpü"nün inşası XII-XIII əsrin əvvəli - Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi 1206 - Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi 1208 - Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması 1210 - Atabəy Əbubəkrin vəfatı 1210-1225 - Atabəy Özbək 1210-1211 - Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi 1214-1215 - Özbəyin Xaçına yürüşü 1215 - Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi 1215-1261 - Həsən Cəlalın hakimiyyəti 1216 - Qandzasar monastırının tikilməyə başlanması 1220-1222 - Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı 1221 - Qıpçaqların Azərbaycana hücumları 1221 - Gürcülərin Şəki və Qəbələni tutması 1225-1231 - Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda 1225 - Azərbaycan Atabəylər dövlətinin süqutu 1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması 1231 - Xarəzmşah Cəlaləddinin qətli 1231 - Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması 1231-ci il - Monqolların ikinci yürüşü 1225 - Gürcü feodallarının Gəncəyə hücumu 1225-1244 - Şirvanşah III Fəriburz 1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması 1231 - Xarəzmşah Cəlaləddinin qətli 1230-1294 - Musiqişünas Səfıəddin Urməvi 1231 - Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan 1235 - Gəncənin monqollar tərəfindən işğalı 1239 - Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı 1239-1256 - Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti 1244-1260 - Şirvanşah II Axsitan 1252-1334 - Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin 1254 - Əhalinin monqollar tərəfindən siyahıya alınması 1256-1357 - Azərbaycanda Hülakülar (Elxanilər) dövləti 1256-1265 - Hülakü xanın hakimiyyəti 1259 - Marağa rəsədxanasının açılışı 1260-1267 - Şirvanşah II Fərruxzad 1262, 1265, 1288 - Qızıl Orda xanlarının Azərbaycana yürüşləri 1265-1282 - Abaqa xan Hülaki 1267-1294 - Şirvanşah II Gərşasb 1276 - Arranda Abaqa xana qarşı üsyan 1282-1284 - Əhməd Tekudar Hülaki 1284-1291 - Arqun xan Hülaki 1291-1295 - Keyxatu xan Hülaki 1294-1317 - Şirvanşah III Fərruxzad 1295 - Baydu xan Hülaki 1295 - Qazan xanın islam dinini qəbul etməsi 1295-1304 - Qazan xan XIII-XIV əsrlər - Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası XIII-XV əsrlər - Bakıda Şirvanşahlar kompleksinin tikilməsi XIV əsrin əvvəlləri - Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı XIV əsrin əvvəlləri - Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi XIV əsrin əvvəlləri - Mahmudabad şəhərinin inşası 1304-1316 - Sultan Məhəmməd Xudabəndə (Ulcaytu) 1316-1335 - Sultan Əbu Səid 1318 - Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi 1322 - Bərdə türbəsinin tikilməsi 1335 - Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü 1335-1336 - Arpa xan Hülaki 1336 - Musa xan Hülaki 1336-1338 - Məhəmməd xan Hülaki 1339-1340 - Satıbəy xatun Hülaki XIV əsrin 40-cı illəri - Hülakülər dövlətinin parçalanması 1340 - Bağdadda Cəlairilər dövlətinin təsisi 1340-1344 - Süleyman xan Hülaki 1340-1357 - Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı 1344-1355 - Ənuşirəvani-Adil Hülaki 1344, 1346, 1357 - Təbrizdə Çobani feodallarına qarşı üsyanlar 1345-1372 - Şirvanşah Kavus 1345-1357 - Həsən xan Hülaki 1359-1410 - Azərbaycan Cəlairilər dövlətinin tərkibində 1359-1374 - Şeyx Üveys Cəlairi 1364-1367 - Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi 1372-1382 - Sultan Hüseyn Cəlairi 1382-1538 - Dərbəndilər sülaləsi 1382-1417 - Şirvanşah I İbrahim 1382-1410 - Sultan Əhməd Cəlairi 1385, 1387, 1394 - Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri 1386, 1392, 1399 - Teymurun Azərbaycana yürüşləri 1387, 1393, 1397, 1400 - Teymurun Əlincəqalaya hücumları 1387-1401 - Əlincəqalanın qəhrəmancasına müdafiəsi 1404 - İspaniyalı Klavixo Təbrizdə 1405-1406 - Azərbaycanda Teymurilərə qarşı üsyan 1406, may-iyun - Şirvanşah İbrahimin Təbrizə gəlişi 1406, iyul - Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması 1406, 14 oktyabr - Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş 1408, 21 aprel - Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi 1410, 30 avqust - Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş 1410-1420 - Qara Yusifin hakimiyyəti 1410-1467 - Qaraqoyunlu dövləti 1412, dekabr - Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş 1417-1465 - Şirvanşah I Xəlilullahın hakimiyyəti 1421, 30 iyul-1 avqust - İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü 1422-1429 və 1431-1435 - Qaraqoyunlu İsgəndərin hakimiyyəti 1427-1447 - Şeyx İbrahim (Şeyxşah) Səfəvi 1429, 17-18 sentyabr - İsgəndərlə Şahrux arasında Səlmas döyüşü 1436-1467 - Cahanşahın hakimiyyəti 1447-1460 - Şeyx Cüneyd Səfəvi 1453-1457 - Cahanşahın İranı zəbt etməsi 1453-1478 - Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda) 1458 - Cahanşahın Heratı alması 1460-1488 - Şeyx Heydər Səfəvi 1465-1500 - Şirvanşah Fərrux Yəsarın hakimiyyəti 1465 - Təbrizdə "Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri 1466 - Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi 1467, 10 noyabr - Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş 1471-1473 - Venesiya elçisi Katerino Zeno Azərbaycanda 1472-1473 - Ağqoyunlu-Osmanlı müharibəsi 1473, 1 avqust - Malatiya döyüşü 1473, 11 avqust - Otluqbeli döyüşü 1478, 5 yanvar - Uzun Həsənin vəfatı 1478-1490 - Sultan Yaqubun hakimiyyəti 1483 - Təbrizdə "Həşt-behişt" sarayının tikilməsi 1483, 1487, 1488 - Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri 1487 17 iyul - İsmayıl Səfəvinin Ərdəbildə anadan olması 1488-1404 - Şeyx Sultan Əli Səfəvi 1489-1493 - Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması 1490-1492 - Ağqoyunlu Baysunqurun hakimiyyəti 1492-1497 - Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti 1494-1499 - İsmayılın Gilanda (Lahicanda)qalması 1497 - Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti 1499 - Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi 1499-1500 - İsmayılın Ərzincan səfəri 1500-cü ilin sonları - İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi 1501-ci ilin yazı - İsmayılın Bakını alması 1501-ci ilin ortaları - Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi 1501-ci ilin payızı - İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması 1501-1524 - I Şah İsmayılın hakimiyyəti 1502-1524 - Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti 1503, 21 iyun - Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi 1504-1505-ci illərin qışı - Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması 1508, 21 oktyabr - Şah İsmayılın Bağdadı tutması 1509-1510 - Şah İsmayılın Şirvana ikinci yürüşü 1510, 2 dekabr - Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi 1512-1520 - Sultan Səlimin hakimiyyəti 1514, 23 avqust - Çaldıran döyüşü 1515 - Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi 1516-1517 - Səfəvilərin Gürcüstana yürüşləri 1520-1566 - I Sultan Süleyman Qanuninin hakimiyyəti 1521 - Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi 1524, 23 may - I Şah İsmayılın vəfatı 1524-1535 - Şirvanşah II Xəlilullahın hakimiyyəti 1524-1576 - I Şah Təhmasibin hakimiyyəti 1534, 1535, 1548, 1554 - I Sultan Süleymanın Azərbaycana yürüşləri 1538 - Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi 1540, 1546, 1551, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri 1544 - Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması 1547, 1549, 1554 - Şirvanda Səfəvilərə qarşı üsyan 1551 - Şəkinin Səfəvilər dövlətinə qatılması 1552-ci il - Səfəvilərin Osmanlı ərazisinə yürüşü 1555, 29 may - Amasiya sülhü 1555 - Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi 1560-1634 - Tarixçi İsgəndər bəy Münşi 1565 - Şah Təhmasibin tamğa vergisini ləğv etməsi 1571-1573 - Təbrizdə şəhər yoxsullarının üsyanı 1574-1595 - III Sultan Muradın hakimiyyəti 1576, 22 avqust-1577, 24 noyabr - II Şah İsmayılın hakimiyyəti 1578, 13 fevral-1587 - Şah Məhəmməd Xudabəndənin hakimiyyəti 1578-1590 - Səfəvi-Osmanlı müharibələri 1578, 9 avqust - Çıldır döyüşü 1578-1581 - Krım tayfalarının Şirvan və Qarabağa basqınları 1540, 1546, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri 1587-1629 - Şah Abbasın hakimiyyəti 1590 - İstanbul sülhü 1598 - Paytaxtın Qəzvindən İsfahana köçürülməsi 1599-1601 - Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti 1603, 14 sentyabr - I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması 1603, 21 oktyabr - I Şah Abbasın Təbriz şəhərini tutması 1603-1617 - I Sultan Əhmədin hakimiyyəti 1603-1607 - Səfəvi-Osmanlı müharibəsi 1604, 8 iyun - İrəvan qalasının osmanlılardan azad edilməsi 1605, may - Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü 1605, 7 noyabr - I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi 1606 - Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi 1606, 9 yanvar - I Şah Abbasın Şamaxı üzərinə yürüşü 1606, 5 iyul - Gəncənin osmanlılardan azad edilməsi 1606-1607 - Gəncədə Şah Abbas məscidinin inşası 1606 - Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi 1607, yanvar - Bakıda osmanlılara qarşı üsyanın başlanması 1607, fevral-mart - Dərbənddə osmanlılar əleyhinə üsyanlar 1607, 27 iyun - Şamaxı şəhərinin osmanlılardan azad edilməsi 1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi 1610-1612 - Osmanlı-Səfəvi müharibəsi 1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi 1612, 17 oktyabr - İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması 1613, oktyabr - I Şah Abbasın Gürcüstana yürüşü 1614-1616 - Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan 1616-1618 - Osmanlı Səfəvi müharibəsi 1616 - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi 1618, 10 sentyabr hakimiyyəti - Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın Osmanlı ordusunu məğlub etməsi 1618, 26 sentyabr - Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması 1618-1623 - II Sultan Osmanlı hakimiyyəti 1623-1640 - IV Sultan Muradın hakimiyyəti 1624-1626 - Səfəvi-Osmanlı müharibəsi 1625, 30 iyun - I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması 1629, 19 yanvar - I Şah Abbasın vəfatı 1629-1642 - I Şah Səfinin hakimiyyəti 1629 - Talışda üsyan 1630, 30 aprel - Osmanlı ordusunun İrəvanı tutması 1631-1632 - Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan 1635-ci ilin yayı - IV Sultan Muradın Azərbaycana yürüşü 1639, 17 may - Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması 1642-1667 - II Şah Abbasın hakimiyyəti 1667-1694 - Şah Süleymanın hakimiyyəti 1668, 4 yanvar - Şamaxıda zəlzələ 1668-ci ilin yayı - Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi 1696-1722 - Şah Sultan Hüseynin hakimiyyəti 1699-1702 - Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması 1707-1709 - Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar 1709-1711 - Şirvanda üsyanlar 1710 - Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi 1713 - Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri 1716-1718 - Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri 1717 iyun-iyul - Rusiya-İran ticarət müqaviləsinin bağlanması 1718-1719 - Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi 1720-1721 - Şirvanda üsyanın ikinci mərhələsi 1721, avqust - Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması 1722, iyul - I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması 1722, 23 avqust - Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması 1722, 5 sentyabr - Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi 1722, oktyabr - İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması 1722, dekabr - Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi 1723, avqust - Rus eskadrasının Bakını zəbt etməsi 1723, sentyabr - Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında "müqavilə" bağlanması 1724, 12 iyul - İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması 1724, iyun - Osmanlı qoşunlarının İrəvan şəhərini alması 1724 - Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması 1725, may - Osmanlı qoşunlarının Təbrizi alması 1725, avqust - Gəncənin Osmanlı qoşunları tərəfindən alınması 1725, dekabr - Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması 1726-1727 - Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunları tərəfindən işğalı 1726-1758 - Qubalı Hüseynəli xanın hakimiyyəti 1727-1728 - Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması 1730 - Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması 1732, 16 yanvar - Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması 1732, 21 yanvar - Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması 1733, fevral - Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması 1734, avqust - Nadirin Şamaxını ələ keçirməsi 1735 - Hacı Davudun vəfatı 1735, 10 mart - Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması 1743 - Şəkidə üsyan 1744, noyabr - Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi 1747, 20 iyun - Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi 1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi. Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi 1743-1755 - Hacı Çələbi xanın hakimiyyəti 1747-1759 - Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti 1747-1760 - Gəncəli Şahverdi xanın hakimiyyəti 1747-1762 - Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti 1747-1786 - Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti 1748 - Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi 1748-ci ilin sonu - Adil şahın taxtdan salınması 1748-1763 - Qarabağlı Pənahəli xanın hakimiyyəti 1751 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü 1752 - Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü 1755 - Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma 1755-1779 - Şəkili Hüseyn xanın hakimiyyəti 1757 - Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi 1758-1789 - Qubalı Fətəli xanın hakimiyyəti 1758-1763 - Əsgəran qalasının tikilməsi 1759 - Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu 1760-1780 - Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti 1760 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü 1761 - Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi 1763-1786 - Xoylu Əhməd xanın hakimiyyəti 1763 - Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi 1768 - Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi 1768-1784 - Bakılı Məlikməhəmməd xanın hakimiyyəti 1772 - Şəki şəhərinin yeni əraziyə köçürülməsi 1774, iyul - Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması 1774, avqust - General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi 1779 - Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi 1779-1781 - Şəkili Əbdülqədir xanın hakimiyyəti 1780-1781 - Qubalı Fətəli xanın Qarabağa yürüşləri 1781-1795 - Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti 1783, 24 iyul - Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması 1783-1804 - Gəncəli Cavad xanın hakimiyyəti 1785 - Xoylu Əhməd xanın Təbrizə yürüşü 1786-1814 - Mir Mustafa xanın hakimiyyəti 1795 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü 1795, iyun-iyul - Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması 1795-1806 - Şəkili Səlim xanın hakimiyyəti 1796, aprel - V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü 1796-1806 - Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti 1797 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü 1797, 4 iyul - Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi 1801 (əvvəli) - İran-İngiltərə müqaviləsi 1801, 12 sentyabr - Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti 1802, 26 dekabr - Georgiyevski müqaviləsi 1803, mart - Car-Balakənin Rusiya tərəfindən işğalı 1804, 4 yanvar - Gəncənin Rusiya tərəfindən işğalı 1804, 10 iyul - Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi 1804, iyul - Rusiya-İran müharibəsinin başlanması 1805, 14 may - Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi 1805, 27 dekabr - Şirvan xanlığı ilə Rusiya arasında müqavilə 1806, 8 fevral - Sisianovun Bakı yaxınlığında öldürülməsi 1806, iyun - İbrahimxəlil xanın öldürülməsi 1806, iyun - Rus qoşunlarının Şəki xanlığından qovulması 1806, 22 iyun - Rus qoşunları tərəfindən Dərbəndin tutulması 1806, sentyabr - Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi 1806, oktyabr - Şəki xanlığının işğalı 1806, dekabr - Rus-türk müharibəsinin başlanması 1809 - İngiltərə-İran müqaviləsi 1810, 15 iyun - Mehrinin ruslar tərəfindən işğalı 1810, avqust - İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması 1812, 21 dekabr - Kotlyarevskinin Lənkəran xanlığına soxulması 1813, 12 oktyabr - Gülüstan sülhü 1818 - Ağalar haqqında "Əsasnamə" 1819 - Nuxada komendant üsulunun təsisi 1820 - Şirvanda komendant üsulunun təsisi 1822 - Qarabağ xanlığında komendant üsulunun təsisi 1824 - Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi 1826 - Lənkəranda komendant üsulunun təsisi 1826, 19 iyul - Abbas Mirzənin Şimali Azərbaycana hücumu 1826, 27 iyul - Gəncə üsyanı 1826, 3 sentyabr - Şamxor döyüşü 1826, 4 sentyabr - Gəncənin yenidən işğalı 1826, 13 sentyabr - Gəncə döyüşü 1826, 9 dekabr - Nuxanın yenidən tutulması 1826, 26 dekabr - Rus qoşunlarının Cənubi Azərbaycana soxulması 1827, 26 may - Naxçıvanın tutulması 1827, 5 iyun - Cavanbulaq döyüşü 1827, 7 iyul - Abbasabadın tutulması 1827, 20 sentyabr - Sərdarabadın süqutu 1827, 26 sentyabr - İrəvanın mühasirəsinin başlanması 1827,1 oktyabr - İrəvan qalasının süqutu 1827, 2 oktyabr - Mərəndin tutulması 1827, oktyabr - Xoyun tutulması 1827, 13 oktyabr - Təbrizin tutulması 1827 - Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması 1828, 28 yanvar - Urmiyanın tutulması 1828, 8 fevral - Ərdəbilin tutulması 1828, 10 fevral - Türkmənçay müqaviləsi 1828, aprel - Rus-türk müharibəsinin başlanması 1829, 2 sentyabr - Ədirnə sülhü 1830 - Car vilayətinin təşkili 1830 - Car-Balakən üsyanı 1830, dekabr - Şuşada ilk qəza məktəbinin açılması 1831, 3 iyun - Yeni ticarət tarifi (yasaqlı tarif) 1831 - Talış üsyanı 1832, 17 yanvar - Bakıda qəza məktəbinin açılması 1833, 8 fevral - Gəncədə qəza məktəbinin açılması 1837 – Quba üsyanı 1838 - Car-Balakəndə kəndli çıxışı 1838 - Şəkidə kəndli üsyanı 1840 - İnzibati məhkəmə islahatı 1841, 5 yanvar - Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun 1844 - Qafqaz canişinliyinin təsisi 1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları 1846, 14 dekabr - Şamaxı, Dərbənd quberniyalırının təşkili 1848 - Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi 1848 - Şuşada ilk teatr tamaşası 1849, iyun - İrəvan quberniyasının təşkili 1849 - Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması 1850 - Lənkəranda ilk teatr tamaşası 1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi 1855 - Gədəbəy misəritmə zavodunun işə düşməsi 1857 - Şamaxıda ilk teatr tamaşası 1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili 1861, 29 iyun - "Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə"nin təsdiqi 1863, iyun - Zaqatalada üsyan 1864, 21 yanvar - Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi 1865 - Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu 1865, 25 avqust - "Simens qardaşları və Ko şirkəti" tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması 1868 - Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması 1870, 14 may - aqrar islahat keçirilmişdir. 1872, 17 fevral - Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması 1872, 16 iyun - şəhər əsasnaməsinin təsdiq olunması 1872, avqust - Bakı xəzinə palatasının təsiri 1873, 23 mart - Bakıda M. F. Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşasının göstərilməsi 1873 - İlk neft fontanı 1874 - Ərəş qəzasının təşkili 1874 - Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması 1875, 22 iyul - "Əkinçi" qəzetinin nəşrə başlaması 1878 - İlk neft kəmərinin çəkilişi 1879 - "Nobel qardaşları" firması tərəfindən ilk dəmir yolunun çəkilməsi 1880, yanvar - Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması 1882 - Zaqatalada birinci peşə məktəbi təşkil olundu 1883, may - Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı 1883, iyul - Cəbrayıl və Cavanşir qəzalarının təşkili 1889-1893 - İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri 1890, 3 dekabr - Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün "Sudan istifadə haqqında Əsasnamə"nin qəbul edilməsi 1894 - Rusiyada ilk neft ixracedici sindikat "Bakının neft-zavod sahibləri ittifaqı"nın yaranması 1896 - Bakı-Batum neft kəməri tikintisinin başlanması 1896 - Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu. 1897 - Bakının ən iri firmalarından biri "H. Z. Tağıyev" firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı 1897 - Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi 1898 - Bakı neft hasilatına görə ABŞ-ı ötdü 1898 - Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması 1899 - Yelizavetpol quberniyasında "Tovuz" tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu 1900 - Bakı-Dərbənd dəmiryolu çəkilmişdir. 1900 - Bakıda sosial-demokrat mərkəzinin yaradılması 1900 - Don Səhmdar Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı. 1900, noyabr - Bakı ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı 1900-cü ilin əvvəli - "Nobel qardaşları" şirkəti və Rotişildin "Mazut" cəmiyyəti kartel müqaviləsi bağladı ("Nobmazut") 1900-cü il 1 may - İmperator II Nikolay "Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları"nı təsdiq etdi 1901 - Bakıda ilk müsəlman qadın məktəbi "Tağıyevin qız məktəbi açıldı 1901-ci il - RSDFP-nin Bakı komitəsinin yaradılması 1901-ci il - Bakıda icraçı qrupunun təşəkkül tapması "Nina" mətbəəsinin fəaliyyətə başlaması 1902-ci il - Tiflisdə kənd sahibkarlarının qurultayı 1902-ci ilin yayı - Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi 1903-cü il - RSDFP Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma 1903 - Bakı bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi 1903 - Tiflisdə Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet "Şərqi-Rus çıxmağa başladı 1903-cü ilin yayı - Bakıda eser təşkilatının yaradılması 1903-cü il - Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi 1903-cü ilin payızı - Bakıda "spesifiklər" təşkilatının yaradılması 1904-cü il - "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" tərəfındən Ağdaş və İrəvan pambıqçılarının qurultayı keçirildi 1904-cü il oktyabr - Sosial-demokratik "Hümmət" təşkilatının fəaliyyətə başlanması 1904-cü il - İlk kredit idarəsi- "Qarşılıqlı kredit cəmiyyəti" açıldı 1904-cü il dekabr - Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr) nizamlanması 1905-ci il fevral - Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi"nin yaradılması 1905-ci il 6-9 fevral - Bakıda erməni-müsəlman toqquşmaları 1905-ci il 26 fevral - Qafqazda canişinlik üsul idarəsinin bərpası 1905, 27 sentyabr - Neft sənayeçilərinin Peterburq müşavirəsi 1905-ci ilin yayı - Gəncədə "Qeyrət" qrupunun yaradılması 1905-ci il, avqust - Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis) qurulutayının keçirilməsi 1905-ci il, dekabr - Kadet partiyası Bakı şöbəsinin təşkili 1905-ci il, avqust-sentyabr - "Difai" partiyasının meydana çıxması 1906-cı il, 28 oktyabr - Bakı qrado naçalnikliyinin yaradılması 1906-cı il, aprel - Tiflisdə "Molla Nəsrəddin" jurnalının çapa başlaması 1907-ci il - "Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti" yarandı 1907 - Müsəlman ruhani cəmiyyəti "Səadət”in fəaliyyətə başlaması 1908-ci il - Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması 1909-cu il - S. Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı 1910-cu il - Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı 1911-ci il - Culfada İran hesab-borc bankının şöbəsi yaradıldı 1911-ci il - Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı 1911, oktyabr - Bakı "Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması 1911-Bakı ilk qadın qəzeti "İşıq" nəşr olunub 1912-ci il - "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət duması tərəfindən təsdiq edildi 1912-ci il, 16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı 1912-ci il, 20 dekabr - Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi təsdiq edilib qüvvəyə mindi 1913-cü il - Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı 1913-cü il - Astarada İran hesablama borc agentliyinin şöbəsi açıldı 1913-cü il - Londonda "Yeni Şibayev neft komissiyası" yaradıldı 1913-cü il - "Xəzər gəmiçiliyi" yaradıldı 1913-cü il - Bakı ilə Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı 1913-cü il, 7 iyul - Çarın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun qüvvəyə mindi 1914-1918 - M. Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi 1914-cü - "M. Q. Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti" təşkil olundu 1914 - Gəncədə Müəllimlər Seminariyası açılmışdır 1914-cü il - Bakı tacir bankı yaradıldı 1914-cü il, 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı 1914-1918-ci illər - I Cahan savaşı 1915, 15 iyun - Bakı HSK-nın yaradılması 1916 - Bakı Müəllimlər Seminariyasının fəaliyyətə başlaması 1916 - "Müsəlman dram cəmiyyəti yaradıldı 1917, 3 mart - Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili 1917, 3 mart - Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-OZAKOM -a verildi 1917, 15-20 aprel - Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi 1917, 1-8 may - Zaqafqaziya Komissarlığının təşkili 1918, yanvar - Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı 1918, 23 fevral - Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili 1918, mart-aprel - Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı 1918, 27 may - Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu 1918, 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi 1918, 28 may - Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi 1918, 4 iyun - Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması 1918, 16 iyun - Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi 1918, 26 iyun - Azərbaycan Milli Ordusunun yaradılması 1918, 26 iyun - Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi 1918, 31 iyul - Bakı Xalq Komissarları Şurasının süqutu 1918, 4 avqust- İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi 1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması 1918, 9 noyabr - Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi 1918, 7 dekabr - Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı 1918, 26 dekabr - Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması 1919, 15 yanvar - Qarabağ general-qubernatorluğunun yaradılması 1919, 15 yanvar - Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili 1919, 5 aprel - Hərbi Nazirliyin Bakıya köçürülməsi 1919, iyun - Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının imzalanması 1919, 11 avqust - Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi 1919, 24 avqust - İngilislərin Bakını tərk etməsi 1919, 28 avqust - Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi 1919, 23 noyabr - Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması 1920, 11 yanvar - Paris Sülh Konfransında Antanta Ali Şurasının Azərbaycanın müstəqilliyini de-fakto tanıması 1920, 11-12 fevral - Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı. 1920, 24 aprel - RK (b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi vəziyyətdə elan edirlər. 1920, 20 mart - Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması 1920, 23 mart - Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması 1920, 27-28 aprel - XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi, hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28 apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi. 1920, 28 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyəti təşkil edildi. 1920, 28 aprel - mayın əvvəlləri - Qəza inqilab komitələrinin təşkili. 1920, 30 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı "Kommunist" qəzetinin ilk sayının çap edilməsi. 1920, 30 aprel - XI Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi. 1920, 3,4 may - XI Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi. 1920, 5 may - Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi. 1920, 7 may - Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verməsi. 1920, 11 may - XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması. 1920, 12 may - Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti. 1920, 12 may - Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti. 1920, 12 may - XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi. 1920, 16 may - N. Nərimanovun Moskvadan Bakıya gəlməsi. 1920, 24 may - Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekreti. 1920, 25-31 may - Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan. 1920, 27 may - Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili. 1920, iyun - teatrların milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması 1920, 5-15 iyun - Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan. 1920, 6 iyun - Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekreti. 1920, 9-20 iyun - Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan. 1920, 11 iyun - Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti. 1920, 19 iyun - Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi. 1920, 16-19 iyul - Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı. 1920, 28 iyul - XI Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti elan edildi. 1920, 1-7 sentyabr - Bakıda Şərq xalqlarının birinci qurultayı. 1920, 20 sentyabr - Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M. Xiyabaninin qətli. 1920, 23 sentyabr - Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında dekreti. 1920, 30 sentyabr - Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlanması. 1920, 1-10 noyabr 1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması. 1920, 15 dekabr - Azərbaycan İnqilab Komitəsinin "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekreti. 1921, yanvar - Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması. 1921, yanvar - Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması. 1921, 11-18 fevral - Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı. 1921, 16 mart - RSFSR və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması. 1921, 19 may - I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi. 1921, iyul - Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması haqqında dekreti. 1921, 26 avqust - Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti. 1921, sentyabr - Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə çevrilməsi haqqında qərar qəbul etməsi. 1921, 13 oktyabr - Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması. 1921, noyabr - Bakıda Ali qadın pedaqoji institutunun açılması. 1922, 17 yanvar - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi. 1922, 25 yanvar - Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması. 1922, 27 yanvar - Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı. 1922, 12 mart - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ) təşkili. 1922, 28 aprel - 3 may - II Ümumazərbaycan Sovetlər qurultayı. 1922, 20 oktyabr - Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekreti. 1922, 2 noyabr - C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla Nəsrəddin" satirik jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır. 1922, 7 noyabr - Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı. 1922, 13 dekabr - I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi. 1922, 30 dekabr – SSRİ I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili. 1923, 12-15 mart - AK (b)P V qurultayı. 1924, 18 mart - Azərbaycan XKS və MİK-nın "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında" qərarı. 1923, aprel - "İliç buxtası" neft mədəninin əsasının qoyulması. 1923, 23 may - Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı. 1923, iyun - Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu. 1923, 7 iyul - Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili. 1923, 20 oktyabr - Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. 1923, 2 noyabr - Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması. 1923, noyabr - "Şərq qadını" (indiki “Azərbaycan qadını") adlı ədəbi, ictimai, siyasi jurnalın nəşrə başlaması. 1924, 3 fevral - Bakıda tramvay nəqliyyatının işə salınması. 1924, 9 fevral - Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi. 1924 mart - Xalq Maarif Komissarlığı "Qədim abidələrin qeydə alınması və onların mühafizəsi" haqqında qərar qəbul etdi. 1924, 5-9 may - AK (b)P VI qurultayı. 1924, 17 iyul - "Rədd olsun savadsızlıq" cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili. 1924, 6 oktyabr - Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının - "Göybirliyi"nin təşkili. 1925, 10-16 mart - IV Azərbaycan Sovetlər qurultayı. 1925,19 mart - N. Nərimanovun Moskvada vəfatı. 1926, 3 fevral - Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması. 1926, 25 fevral 5 mart - Bakıda I Ümumittifaq türkoloji qurultayı. 1926, 6 iyul - Bakını Balaxanı - Sabunçu rayonu ilə birləşdirən, SSRİ - də birinci elektrik dəmir yolunun təntənəli açılışı. 1926, iyul - Tiflisdə Azərbaycan dilində "Dan ulduzu" adlı aylıq ədəbi-ictimai jurnalının 1-ci sayı çapdan çıxmışdı. 1926, 6 noyabr - Efırdə ilk dəfə "Danışır Bakı" sözlərinin səslənməsi - Azərbaycanda müntəzəm radio verlişlərinə başlanması. 1927, 18 mart - V Ümumazərbaycan Sovetlər qurultayı. 1927, may - Yeni türk əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi. 1927, 12-18 noyabr - AK (b)P VIII qurultayı. 1928, 13-16 yanvar - Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları Assosasiyasının yaranması. 1928, 22 iyul - Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni - latın qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı. 1928, dekabr - Bakıda Azərbaycan aşıqlarının I qurultayı. 1929, 1 yanvar - Azərbaycanda latın əlifbasına keçilməsi. 1929, 6-14 mart - AK (b)P IX qurultayı. 1929, may - Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi. 1929, 22 oktyabr - Azərbaycan MİK yanında Azərbaycan Elmi - Tədqiqat İnstitutunun (Az. DETİ) açılması. 1930, fevral - Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri istifadəyə verildi. 1930, 10 mart - Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır. 1930, mart - Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili. 1930, 31 may - 4 iyun - AK(b) P X qurultayı. 1930, iyun - Azərbaycan Tibb İnstitutunun yaradılması. 1930, 28 avqust - AK (b) P MK bürosunun "Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında" qərarı. 1931, 19-25 yanvar - AK (b) P XI qurultayı. 1931, 8-16 fevral VII - Ümumazərbaycan Sovetlər qurultayı. 1931, 31 mart - Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi. 1932, 19-25 yanvar - AK (b) P XI qurultayı. 1932, sentyabr - SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması. 1933, 10 dekabr - Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK - nin birinci katibi seçilir. 1934, 11-14 yanvar - AK (b) P XII qurultayı. 1934, 13-17 iyun - Azərbaycan sovet yazıçılarının I qurultayı. 1934, noyabr - Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi. 1935, 11-17 yanvar - VIII Ümumazərbaycan Sovetlər qurultayı. 1935, oktyabr - SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi. 1937, 14 mart - Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu. 1937, 3-9 iyun - AK (b) P XIII qurultayı. 1937, 17 sentyabr - Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu. 1938, 11-14 mart - Azərbaycan aşıqlarının II qurultayı. 1938, 5-14 aprel - Moskvada Azərbaycan incəsənətinin birinci dekadası. 1938, 7-14 iyun - AK (b) P XIV qurultayı. 1939, 25 fevral - AK (b) P XV qurultayı. 1939 2 sentyabr - İkinci Dünya müharibəsinin başlanması. 1940, 1 yanvar - Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi. 1940, 12-16 mart - K (b) P XVI qurultayı. 1940, 6 may - Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı. 1940, 15-28 may - Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü. 1940, 23-25 oktyabr - Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı. 1941, 22 iyun - Faşist Almaniyasının SSR-yə hücumu. 1941, 28 iyun - Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması. 1941, avqust - 402-ci Azərbaycan milli diviziyanın yaradılması. 1941 avqust - SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi. 1941, oktyabr - 223-cü Azərbaycan milli diviziyanın yaradılması. 1941, dekabr - İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi. 1941-1945 - Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi. 1942, fevral-mart - 416-cı Azərbaycan milli diviziyanın yaradılması. 1942, may - 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi. 1942, avqust-sentyabr - 271-ci Azərbaycan milli diviziyanın yaradılması. 1942, 9 sentyabr - Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi. 1943-cü ilin payızı - Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi. 1945, 23 yanvar - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması. 1945, 9 May - Faşist Almaniyası üzərində qələbə. 1945, 2 sentyabr - Yaponiya üzərində qələbə. 1945-1954 - Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi. 1946 iyun - Təbriz Universitetinin açılması. 1946 dekabr - Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu. 1947 23 dekabr - 10 mart - SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları. 1948 - Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması. 1948, iyun - Bakıda Xarici Dillər İnstitutunun yaradılması 1948, 11 noyabr - Mingəçevir şəhərinin salınması 1949 - Azərbaycan SSR-də icbari yeddilik təhsilə keçilməsi. 1955 - M. Rəsulzadənin Ankarada vəfatı. 1959 - Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilir. 1962 - Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi. 1966 - İcbari on illik təhsilə keçilməsi. 1967 - Bakı metropoliteninin 6 stansiyasının işə salınması. 1969, iyul - H. Ə. Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi. 1978, aprel - Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi. 1982 - H. Ə. Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci müavini təyin edilməsi. 1983 - Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi. 1987 - H. Ə. Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi. 1988, 17 noyabr - Azərbaycanda milli-azadlıq hərəkatının başlanması. 1988, dekabr - Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi deportasiyasının başa çatdırılması. 1989, 30 dekabr - Gəncə şəhərinin tarixi adının bərpa edilməsi. 1990, 20 yanvar - Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi. 1990, 19 may - Respublikada "Prezident" institutunun təsisi 1991, 5 fevral - Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması. 1991, 3 sentyabr - H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi. 1991, sentyabr - Qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaranması. 1991, 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi. 1991, 26 noyabr - DQMV statusunun ləğv edilməsi. 1991, 26 noyabr - Milli Şuranın yaradılması. 1992 ,25-26 fevral - Xocalı faciəsi. 1992, 17-18 may - Laçının düşmən əlinə keçməsi. 1992, 7 iyun - AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi. 1992, oktyabr - Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi 1992, 21 noyabr - Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması 1993, 3-6 aprel - Kəlbəcərin işğalı 1993, 4 iyun - Gəncə qiyamı 1993, 9 iyun - H. Əliyevin Bakıya gəlməsi 1993, 15 iyun - H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi- "Qurtuluş" günü 1993, 23 iyul - Ağdamın işğalı 1993, 18 avqust - Cəbrayılın işğalı 1993, 21-23 avqust - Cənub bölgəsində qiyamın yatırılması 1993, 23 avqust - Fizulinin işğalı 1993, 31 avqust - Qubadlının işğalı 1993, 24 sentyabr - Azərbaycanın MDB-yə daxil olması 1993, 3 oktyabr - H. Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi 1993, 30 oktyabr - Zəngilanın işğalı 1993, 2 noyabr - Prezident H. Əliyevin xalqa müraciəti 1994, 20 sentyabr - "Əsrin müqaviləsi"nin imzalanması 1994, oktyabr - Dövlət çevrilişinə cəhd 1995, mart - Dövlət çevrilişinə cəhd 1995, 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi 1996, dekabr - ATƏT-in Lissabon zirvə toplantısı 1998, sentyabr - Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı 1998, 11 oktyabr - H. Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi 1998, 1 dekabr - Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır. 1999, noyabr - ATƏT-in İstanbul sammiti 1999, 12 dekabr - Azərbaycanda ilk bələdiyyə seçkiləri 2000, 7 sentyabr - H. Əliyevin minilliyin sammitində çıxışı 2000, 5 noyabr - Respublikada Milli Məclisə növbəti seçkilər 2000, 9 noyabr - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi 2001, mart - "Azərbaycan Atatürk Mərkəzinin yaradılması 2001, 26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı 2001, 9-10 noyabr - Bakıda Dünya Azərbaycanlılarının I qurultayı 2002, 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması 2002, 2 may - Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı 2002, 22-23 may - Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına səfəri 2002, 9 iyun - Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı 2002, 7 avqust - Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması 2002, 18 sentyabr - Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması 2002, 30 sentyabr - "Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi 2002, 18 noyabr - Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi 2003, 27 yanvar - İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilməsi 2003, 2 avqust - İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi 2003, 15 oktyabr - Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin qələbəsi 2003, 24 noyabr - Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı 2003, 12 dekabr - Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı 2004, 11 fevral - Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı 2004, oktyabr - Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində iştirakı 2004, noyabr - Təbrizdə Azərbaycan konsulluğunun açılması 2004, dekabr - Azərbaycanda bələdiyyə seçkiləri 2005, 24-26 yanvar - Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri 2005, 6 noyabr-Azərbaycan Respublikasının Milli Məclisinə 3 çağırış seçkilər 2005, 10 mart- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı. 2005, 26 mart - YAP-ın III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir 2005, 25 may- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınıb. 2005, 25 avqust - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır. 2005, 16 dekabr Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. 2005, 16 dekabr - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi yaradılmışdır. 2005, 20 dekabr - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir 2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta qədər fəaliyyət göst
ərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. 2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. 2006, 31 mart - Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis edilmişdir. 2006, 22 may - Cənubi Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına qarşı etiraz aksiyası 2007, 1 fevral - Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul olunub. 2007, 8-9 mart –Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir. 2007, 12 iyun- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır 2008, yanvar - Azərbaycanda sahibkarlıq subyektlərinin üçün “vahid pəncərə” mexanizmi tətbiq olunmağa başlamışdır. 2008, 7 aprel -Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalamışdır. 2008, may – Azərbaycan ilk dəfə Avroviziya Mahnı Müsabiqəsına qatılmışdır. 2008, 2 iyun - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. 2008, 15 oktyabr- Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilmiş və prezident İlham Əliyev yenidən qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlamışdır. 2009, 18 mart - “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendumu keçirilmişdir. 2009, 30 aprel- Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 2009, 23 dekabr-- Azərbaycanda bələdiyyə seçkiləri 2009, 20 dekabr-Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir. 2010, 15 yanvar-saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib 2010, 20 yanvar- Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur. 2010, 7 noyabr- Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər 2010, 14 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə bağlı fərman imzalamışdır. 2011, 14 fevral - saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" kanalı işə başlamışdır. 2011, 21 yanvar- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. 2011, 27 yanvar-Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş və Azərbaycanda antikorrupsiya kampaniyasına başlanılmışdır. 2011, 14 may- 56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur. 2011, 5-6 iyul- Bakıda "Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir. 2011, 20 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalamışdır. 2011, 8 sentyabr - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalamışdır. 2011, 23-24 sentyabr - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirləri keçirilmişdir. 2011, 25 sentyabr - Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir. 2011, 3 oktyabr - Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılış mərasimi olmuşdur. 2011, 12 oktyabr - Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir. 2011, 25 oktyabr - Azərbaycan tarixində ilk dəfə 155 ölkənin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. 2011, 11 noyabr - Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir 2011,17 noyabr - Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimi təşkil olunmuşdur 2011, 24 dekabr - Yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi olmuşdur. 2011, 28 dekabr - Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur 2011, 29 dekabr - Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur 2011, 30 dekabr – Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur. 2012, 1 yanvar - BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunan Azərbaycan səlahiyyətlərinin icrasına başlamışdır. 2012, 02-04 aprel - Avronest Parlament Assambleyasının sessiyası Bakıda təşkil olunmuşdur 2012, 3 may – ay ərzində BMT-yə sədrliyin Azərbaycana keçməsi 2012, 7 may – 25000 nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı olmuşdur. 2012, 9-13 may – Azərbaycanda ilk beynəlxalq velosiped turu keçirilmişdir. 2012, 10 may - Heydər Əliyev mərkəzinin açılışı 2012, 26 may – Bakı şəhərində “Avroviziya” müsabiqəsinin finalı keçirilmişdir. 2012, 30 may - Naxçıvan Muxtar Respublikasında investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri sayılan Naxçıvan sement zavodu istifadəyə verilmişdir. 2012, 06 iyun - Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfər etmişdir
|