Baş səhifə
» MİLLİ FACİƏLƏR
» Repressiya faciəsi
Repressiya faciəsi1) Repressiya xalqın ən istedadlı vətəndaşlarını, ziyalılarını məhv etmişdir; 2) Repressiya olunanlar mövcud quruluşu qəbul etməmişdir; 3) Repressiya olunanlar öz “yoldaşlarının” donosları əsasında həbs olunmuşlar; 5) Repressiyaya uğrayanlar haqqında yazılan qəzet, ya jurnal məqalələri, yaxud ayrı-ayrı fikirlər onların repressiyasına səbəb olmuşdur. 6) Repressiya ancaq müxaliflərə yönəlmişdir İnsanların "əksinqilabçı", "trotskiçi", "casus", "millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya "əksinqilabi" iş apardığına görə cəzaya məruz qalmışdır, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnmişdir. Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Bu bir faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdu. Əgər 20-ci illərdə birmənalı olaraq ”əksinqilabçı” adı ilə Cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olmuşdur. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Bu repressiya burulğanında kommunistlər də var idi. Belə ki, hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilməmişdir. Mərkəzdə (Moskvada) Siyasi Büro üzvlərinin ailələrinin repressiyası onun səbəb, məqsəd və icra strukturunun mürəkkəbliyini göstərdiyi kimi, siyasi müxtəlifliyindən asılı olmayaraq heç kəsə güzəşt olunmadığının da bir sübutudur. 1937-ci və 38-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilmişdir. Bütün ölkədə fəaliyyətə başlayan sessiya 15 dəqiqə ərzində dövlət ittihamçısının, vəkilin, bir çox hallarda müqəssirin iştirakı olmadan qərar çıxarmışdır. Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib. Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olmuşdur. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurmuşdur.
|