Baş səhifə    » TEATR    » Teatrlar    » Azərbaycan Dövlət Rus Dram Teatrı   

Azərbaycan Dövlət Rus Dram Teatrı

  


S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (ADRDT) 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956 ildə teatra S.Vurğunun adı verilmişdir.
1925-30 illərdə teatr "Lyubov Yarovaya" (K.Trenyov), "Qiyam" (B.Lavrenyov) və s. tamaşalarını səhnələşdirmişdir. 1930-40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F.Şiller), "Romeo və Cülyetta" (V.Şekspir), "Canlı meyit" (L.Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. 
50-ci illərdə səhnələşdirilən "Aydın" (C.Cabbarlı), "Hamam" (V.Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə Rus Dram Teatrının Azərbaycan mədəni həyatında həmişə öz çəkisi olmuşdur.
Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir. Teatrın repertuarına L. Qerşin “Bu azad kəpənəklər, Elçinin “Cəhənnəminin kirayəçiləri”, U. Şekspirin “Kral Lir”, J. Anuyun “Torağayı”, A. Çexovun “Qağayı”, L. Razumovskayanın “Nikah agentliyi” “1+...”, Y. Lomovçevin “Yeddi pokırvalın rəqsi”, M. İbrahimovun “Zati-aliləri rolls-roys”, V. Neverovun “Nağılı tap” əsərləri daxildir.
Teatrda Fuad Poladov, Nodar Şaşıqoğlu, Hacı Murad Yegizarov, Məbud Məhərrəmov, Lyudmila Duxovnaya kimi tanınmış aktyorlar çalışırlar. 
Teatr yalnız böyüklər üçün deyil, uşaqlar üçün də tamaşalar hazırlayır.

Ünvan: Bakı şəhəri, Xaqani küç, 7.
Telefon: (+994 12) 493-40-48 / 493-93-77/ 493-42-42  



Oxunub: 164672