Baş səhifə
» TEATR
» Teatrlar
» Azərbaycan Dövlət Mahnı Teatrı
Azərbaycan Dövlət Mahnı TeatrıRəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. İllər ərzində teatr özünü musiqi və xoreoqrafiya sənətinin ən gözəl və nümunəvi təbliğatçısı kimi göstərmişdir. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev və s. kimi populyar sənət ustaları çalışmışdır. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə «EKSPO-2000» sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001-2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada «Azərbaycan Mədəniyyət Günləri»ndə, 2004-cü ildə Yekaterinburqda «Novruz şənliklərində», 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti Günləri»ndə, Moldovanın Kişinyov şəhərində «Mersi-Şor» adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.
|