Baş səhifə
» TEATR
» Teatrlar
» Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrıAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib.Azərbaycanda ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək təməli 1910-cu ildə qoyulmuş bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır. 1950-ci illərdən etibarən Akademik Opera və Balet Teatrı öz inkişafının yeni, daha da səmərəli mərhələsinə qədəm qoymuşdur. Bu illərdə “Sevil” (1955, F. Əmirov), “Azad” (1957, C. Cahangirov) “Vaqif” (1960, R. Mustafayev), “Bahadır və Sona”(1961, S. Ələsgərov), “Ölülər”(1963, V. Adıgözəlov), “Söyüdlər ağlamaz”(1971, Ə. Bədəlbəyli), “Aygün” (1973, Z. Bağırov), “Gəlin qayası” (1974, Ş. Axundova), “Aldanmış ulduzlar” (1977, M. Quliyev), “Xanəndənin taleyi” (1979, C. Cahangirov), “Natəvan” (2003, V. Adıgözəlov) və s. operaları uğurla səhnələşdirilmişdir. Bundan başqa, "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov), “Muğam” (1972, N. Əliverdibəyov), “Çitra” (1972, Niyazi), “Min bir gecə” (1979, F. Əmirov), “Babək” (1986, A. Əlizadə), “Ağ və qara” (2000, X. Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s. baletləri tamaşaya qoyuldu və tezliklə bütün dünyada uğurla qarşılanmışdır.
|