Baş səhifə    » RƏSSAMLIQ    » Miniatür    » Rəssamlar   

Rəssamlar

  

Sadıq bəy Avşar (1533-1613)
Sadiq bəy Əfşar yalnız təsviri sənətlə deyil, xəttatlıqla da (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır) məşğul olub.
Şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında kitabxananın rəhbəri olmuş və bu münasibətlə özünü "Sadiq-Kitabdar" adlandırmışdır. Bu kitabxana əsl "İncəsənət Akademiyası" idi. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, ornamentalist (nəqqaş), qızıl suyuna çəkmə (müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mücəllid) üzrə kadrlar hazırlanırdı.
Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır.
Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa, həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, zira burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir.
Məlumdur ki, Sadiq bəy İmam Qulu xanın, Teymur xan Türkmənin portretlərini çəkib.Həmin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır.
Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır.

Mikayıl Abdullayev (1921-2002)
Mikayıl Abdullayev qrafik və teatr rəssamı kimi uzun müddət işləmişdir. Professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq, Azərbaycan SSR Dövlət və başqa mükafatların laureatıdır. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmişdir.
Rəsmlərində daha çox 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər Abdullayev "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini əks etdirir.
"Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində", "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi", "Çəltik əkən qızlar" və s. rəsm əsərlərin müəllifidir.
Abdullayevin əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir.
Abdullayev Mikayıl bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Professor Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında vəfat etmişdir.

Rafiz İsmayılov (1939)
Rafiz İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirmişdir. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R.İsmayılov bir neçə kitabın da tərtibatçı - rəssamıdır. Azərbaycanın xalq rəssamıdı, Dövlət mükafatı laureatıdır.

Arif Hüseynov (1943)
Arif Hüseynov Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, sonra İncəsənət İnstitutunu bitirmişdir.
40 ildən artıqdır ki, rəssam kimi fəaliyyət göstərir. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olmuşdur. İndiyə kimi Moskva, Praqa, İstanbul, Tokio, Bakıda fərdi sərgiləri olub.



Oxunub: 418160