Baş səhifə
» RƏSSAMLIQ
» Qurama mozaika
» Rəssamlar
RəssamlarOqtay Şıxəliyev 1952-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1958-ci ildə Leninqrad Muxina adına Ali Rəssamlıq Məktəbini bitirmişdir 1958-ci ildə Respublika Gənclər Festivalının qalibi olaraq, I dərəcəli diploma və qızıl medala layiq görülmüşdür. 1960-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. 1964-cu ildən M.Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərir. O. Şıxəliyevə 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adları verilmişdir. Fuad Qafarov (1942) Fuad Qafarov 1968-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dizayn və sənaye qrafikası fakültəsini bitirmişdir. 1969-cu ildə tərtibat layihələrində, həm fərdi, həm də birgə bədii sərgilərdə iştirak etmişdir. 1976-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Bir sıra beynəlxalq və fərdi sərgilərin iştirakçısı olmuşdur. 1972-ci ildən 1981-ci ilə qədər SSRİ Mədəniyyət Nazirliyinin ixtisas artırma kurslarında oxumuşdur. Eyni zamanda SSRİ-nin Dövlət Akademik Böyük Teatrında (Bolşoy Teatr) ixtisasının artırılması məqsədi ilə təhsil almışdır. 1982-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında baş rəssam vəzifəsində işləməyə başlamış, eyni zamanda Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs demişdir. Tamaşaların bədii tərtibatına görə Fuad Qafarov dəfələrlə SSRİ və Azərbaycan Mədəniyyət Nazirliklərinin diplom və dövlət mükafatları ilə təltif olunmuşdur. 1992-ci ildə Türkiyədə fərdi sərgisinin keçirilməsi dəvətini almışdır. Həmin ərəfədə o Koniya şəhərinin Səlcuq Universitetində dərs deməyə dəvət olunmuşdur. 1995-ci ildən Türkiyədə yaşayır.
|