Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Zərb alətləri    » Cürə nağara   

Cürə nağara

  


Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı “cürə” (kiçik) sözü də bu mənanı verir. 
Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir.
Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir.





Oxunub: 385563