Baş səhifə    » DİN    » Dini təhsil müəssisələri   

Dini təhsil müəssisələri

  

Bakı İslam Universiteti
Azərbaycanda yeganə ali dini təhsil müəssisəsidir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 20 ildir fəaliyyət göstərir. Universitetin "İslamşünaslıq" və "Şəriət" fakültələri var. İndiyədək universitetin 1350 məzunu olmuşdur. 1995-ci ildən universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə təhsil almağa göndərilmişdir.
Bakı İslam Universiteti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. 2002-ci ildən universitetin Mingəçevir, Zaqatala və Sumqayıt filialları şöbə kimi fəaliyyət göstərir. Həmin ildən başlayaraq universitetə qəbul mərkəzləşmiş şəkildə yalnız Bakıda həyata keçirilir.

Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsi
BDU-nun İlahiyyat fakültəsi 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur. Hazırda fakültədə təhsil müddəti beş ildir. Fakültənin məzunlarına iki ixtisas- ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi ixtisası verilir. İndiyə qədər məzunlardan 8 nəfər ilahiyyat ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, ilahiyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
Birinci tədris ilində (1992-1993) fakültəyə ilk qəbul olunmuş tələbələrin sayı 61 nəfər olmuşdur. İndiyə qədər fakültəyə 600-dən artıq tələbə qəbul olunmuşdur.



Oxunub: 253959