Baş səhifə    » FƏLSƏFƏ    » XIX əsrlərdə fəlsəfə    » Dini cərəyanlar və maarifçilik   

Dini cərəyanlar və maarifçilik

  

XIX əsrdə əvəllər mövcud olmuş ideoloji cərəyanlar zəminində bir sıra təlimlər əmələ gəlib Şərq ölkələrində, o cümlədən Azərbaycanda yayılmışdır. Onlardan biri Şeyx Əhməd ibn Zeynəddin Əhsai Bəhreyniyə (1753-1827) mənsub şeyxilikdir. Bu dini-fəlsəfi təlim Sədrəddin Şirazinin işraqilik fəlsəfəsinin ifrat şiəliyə məxsus doktrinalarla birləşməsindən əmələ gəlmişdir. XIX əsrin görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundzadə Şeyx Əhməd Bəhreyninin əqidələrini 1863-cü ildə Təbrizdə Molla Rəhimin moizəsi kimi ortaya çəkib, təhlil və tənqid etmişdir. 
Qasım bəy Zakir (1784-1857) isə şeyxi təriqət mollalarının Xaliq ilə məxlıqu kobudcasına eyniləşdirmələrinə qarşı çıxmışdır.
XIX əsrdə şeyxiliyin ideya zəminində babilik təlimi yaranmışdır. Onun banisi Seyid Əli Məhəmməd Bab (1819-1850) imam Mehdinin fikir və diləklərini xalqa çatdırmağa vasitəçi olduğunu söyləyirdi. Bab 1847-ci ildə özünü peyğəmbər elan etmiş və buna görə güllələnmişdir.
Rus şərqşünaslığının atası sayılan Mirzə Kazım bəyin 1865-ci ildə Sankt-Peterburqda çap etdirdiyi "Bab və babilər" (rusca) kitabı bu barədə qiymətli mənbədir.
Bu dövrdə Babın davamçılarından Mirzə Hüseyn Əli Bəhaulla (1817-1892) tərəfindən əsası qoyulan bəhailik babilikdəki inqilabi demokratik ünsürlərdən imtina etməsi ilə səciyyələnir.
Şiəliyin imamilik qoluna mənsub Fazil Dərbəndi Şirvani (...-1868) də XIX əsrdə məşhur olmuşdur. Onun imamilik hüququna dair iki cilddə "Hökmlərin xəzinələri" astrologiyaya dair "Sənət cövhəri” və b. əsərləri çapdan çıxınışdır.
Bu dövrdə Şimali Azərbaycanda sünniliklə bağlı nəqşbəndliyin yayılması məlumdur. Türkiyədən nəşət edən bu ideologiya Dağıstanla sərhəd rayonlarda, Qazax və Qarabağ mahallarında poetik formada təbliğ edilmişdir. Məhəmməd Əskəri və onun təsirinə düşmüş Qutqaşınlı Abdulla nəqşbəndliyin tanınmış nümayəndələri idi. Seyid Nigaraninin (1815-1885) dini-mistik ideyaları da nəqşbəndlikdən törənınişdir.
Orta əsrlərdə mövcud olmuş dini-fəlsəfi təlimləri bayağılaşdırıb taınnmaz şəklə salanlardan biri də Qacar sülaləsindən Kərim xan idi. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M.F.Axundzadə kəskin tənqid etmişdir. Mütəfəkkir bütün bu xurafatın mayasını en çox elmsizlikdə görürdü.
Şeyxilik, eləcə də yeni şəkildə təzahür edən digər təlimlər dini-fəlsəfi əsaslara malik olmasına baxmayaraq, ifrat meyilləri ilə nə ortodoksal dini prinsiplərə, nə də ümumiyyətlə, məntiqi təfəkkürə uyğun idi. Odur ki, həmin təlimlər və onlara söykənən əqidələr rəğbət qazana bilməmişdir.
Belə bir ideya zəminində Azərbaycanda maarifçilik baxışları yayılmışdır. Maarifçilik feodalizm əleyhinə ilk dəfə Qərbi Avropa ölkələrində və sonra tarixi ardıcıllıqla Rusiyada, nəhayət Şərq ölkələrində meydana çıxmışdır. O, Şərqdə bilavasitə Qərb mütəfəkkirlərinin ideyalarının təsiri ilə əmələ gəlib formalaşmış və ümumdünya hadisəsinə çevrilmişdir. Maarifçilik Qərblə birbaşa təmasda, daha doğrusu, Qərbin müstəmləkəsi, yaxud yanmmüstəmləkəsi olan Şərq regionlarına erkən nüfuz edə bilmişdir.
Vaxtilə bəşər mədəniyyəti tarixinin parlaq səhifələrinin yarandığı Azərbaycanda xurafatın və cəhalətin inkarı olaraq maarifçiliyin özünə yer tapması təbii idi. Lakin onun ideoloji mübarizədə hələ feodalizm dağılmamışdan kəskin şəkil almasına Qərbdən gələn təsirin nəticəsi kimi baxılmalıdır. Bu cəhət M.F.Axundzadənin baxışlarında daha aydın görünür. O, maarifçilik ideyalarının təbliğində "fransız, rus və başqa Avropa millətlərindən olan müəllifləri" həmişə nümunə göstərmişdir.
Beləliklə, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sosial-tarixi inkişaf müxtəlif ziddiyyətli meyllərdən ibarət olan bir dövr idi. Bütün bu proseslər Azərbaycanın elmi-fəlsəfi fikrinin inkişafına da öz təsirini göstərmişdi. Bu dövrdə gec də olsa Azərbaycanda maarifçilik zəminli ictimai-siyasi təlimlər yaranmış M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçı mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.
A.A.Bakıxanovun «Əxlaqın islahı», «Gülüstani İrəm» əsərlərində məntiq, əxlaq, fəlsəfədən söhbət aparılır. Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfəyə əsaslanmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən ibarət saymışdır. Onun fikrincə Allahın əvvəlcə yarandığı varlıq dünyada şeyləri tam əhatə etmək nöqteyi-nəzərdən ağıl, şeyləri nizamlamaq baxımından qələm, ilkin və son olması nöqteyindən isə işıq və ya nurdur. Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. Onun fikrincə, «Kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur». Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi keyfiyyətlərin əsas ölçüsü- ədalət və insafdır.
M.F.Axundovun fəlsəfi yaradıcılığının ideya mənbəyi qabaqcıl rus, şərq və Avropa fəlsəfəsi və mədəniyyəti olmuşdur. Axundov qədim Yunan fəlsəfəsinə və mədəniyyətinə də yaxından bələd olmuş və öz münasibətini bildirmişdir. Onun fikrincə, fəlsəfənin vəzifəsi kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Axundovun təliminə görə dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyı əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.
Ruhun ölməzliyi ideyasına qarşə çıxış edərək Axundov göstərirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F.Axundov idrakı ətraf aləmin insan şüurunda inikası adlandırmış, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi yəqinliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadan idrakı qeyri-mümkün saymışdır. Onun fikrincə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur. M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili mühüm yer tutur. O, dinlə elmin bir araya sığmadığını, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin strüktur vahidlərinin təhlili əsasında onun mahiyyətini aşkar etmişdir. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir.



Oxunub: 102025