Baş səhifə
» NEFT STRATEGİYASI
» Neft strukturları
» Azərbaycan Respublikası Dövlət Neft Fondu – ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu – ARDNFDövlət Neft Fondunun (DNF) fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir: Birincisi, böyük həcmdə daxil olan xarici valyuta gəlirləri şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi; İkincisi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanması; Nəhayət, üçüncüsü, ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin toplanması və xərclənməsi sahəsindəki fəaliyyətinə Müşahidə Şurası nəzarət edir. Şura Fondun illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatını, auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Müşahidə Şurasının (MŞ) üzvləri dövlət orqanlarını və ictimai təşkilatları təmsil edirlər. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 73 nömrəli sərəncamına uyğun olaraq müşahidə şurasının 7 üzvü təyin edilmişdir.
|