Baş səhifə
» NEFT STRATEGİYASI
» Neft strukturları
Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiAzərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublika Prezidenti H.Əliyevin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən “Azərneft” birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Dövlət Neft Şirkəti (DNŞ) respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Xarici ölkələrdəki fəaliyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bir neçə şəhərdə- İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyevdə öz nümayəndəliklərini açıb. Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal olunan məhsullar Avropa ölkələrinə göndəriləcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Almaniya və Avstriyadakı nümayəndəlikləri Nabukko lahiyəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq edirlər. 2008-ci ildə İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA açılmışdır. Onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır. 2007-ci ildə Türkiyə höküməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma mənətqəsi açmaq niyyətindədir. 2015-ci ilə gədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq. SOCAR Energy Georgia MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daha bir törəmə şirkəti olan “SOCAR Energy Georgia” MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. “SOCAR Energy Georgia” MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. Dövlət Neft Şirkəti (DNŞ) Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 400 milyon ABŞ dollarıdır, bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 3 il fasiləsiz (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub. Təkcə 2010-cu ildə ARDNŞ Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi də açıb. Hal-hazırda Gürcüstanda ARDNŞ-ə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb. Həmçinin 2010-cu ildə əldə edilən razılaşmaya əsasən “SOCAR Energy Georgia” şirkəti Gürcüstan Futbol Federasiyasının baş sponsoru olmuşdur. 2011-ci ilin 12 aprel tarixində ARDNŞ Gürcüstanda 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verdi. Törəmə Şirkətlər Umeo - Azərbaycan neftininn Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiysk limanına daşınmasını təmin edir. Azfen BM - ARDNŞ-nin birgə müəssisəsi SOCAR cape - ARDNŞ-nin birgə müəssisəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
|