Baş səhifə    » SƏHİYYƏ    » Müalicə ocaqları   

Müalicə ocaqları

  


İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasi
(Masallı)

İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilində yerləşir. Burada təbii halda çıxan isti suyun tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda çıxan məhlul xəstəlikləri dava-dərmansız sağaldır. İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (MTN) tərəfindən lisenziya verilib.

"Şıx" sanatoriyası
(Səbail, Bibiheybət qəsəbəsi)

Ərazidə yerin 2 min metr dərinliyindən hidrogen-sulfidli termal isti su çıxır ki, onun da hərarəti 80 dərəcəyə yaxındır. Mendeleyev cədvəlindəki kimyəvi elementlərdən 50-yə qədəri bu suyun tərkibində cəmləşmişdir. Bu müalicəvi sudan əsasən oynaq xəstəliklərində, osteoartrozlarda, osteoxandrozlarda, radikulitin xroniki formalarında istifadə olunur. Artridlərdə, əsəb sistemi və ginekoloji xəstəliklərdə də tətbiq edilir.

Şəfalı Xaltan suları
(Şabran)

Xaltan isti suları Gil-gil çayı vasitəsilə iki hissəyə bölünür. Çayın axarı istiqamətində sol tərəfdə (Quba ərazisində) isti suyun bir mənbəyi və ondan əlavə, “ayaq suyu”, “böyrək suyu” və “göz suyu” yerləşir. Dəvəçi rayonunun ərazisində, Gil-gil çayının sağ sahilində isə digər mənbə yerləşir. Müalicə alanların 10-15 nəfəri eyni zamanda burada suya girərək vanna qəbul edirlər. Bundan başqa, burada açıq səma altında hərarəti 50 dərəcəyə çatan “ayaq suyu” var. Bu sudan həm insanlar içirlər, həm də həkimlər bəzi xəstəlikləri müalicə etmək üçün (məsələn, qan təzyiqi yuxarı olanlarda) istifadə edirlər. Belə ki, xəstələrə suyu qızdırıb, ayaqlarını vannada saxlamaq məsləhət görülür.

Naftalan istirahət və sağlamlıq mərkəzi
(Naftalan şəhəri)

Naftalan şəhərində yerləşən sanatoriyada sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müalicə olunur.
Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.

Naxçıvanda duz yataqları 
(Naxçıvan )

Duz şaxtası 2 şöbədən ibarətdir.
1. Yerüstü şöbə Naxçıvan şəhərində N.Nərimanov adına Respublika xəstəxanasında yerləşir.
2. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri vardır. Duz vannaları ilə predastma, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli, bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı I-II mərhələ, ürək çatışmamazlığı I mərhələ, xroniki bronxit astmatik komponentlə remissiya fazası, allergik rinosinusopatiyalar, pollinozlar müalicə edilir.

Lənkəran sanatoriyaları
(Lənkəran)

Sanatoriyada dayaq-hərəkət sistemi orqanları, periferik sinir sistemi xəstəlikləri, artritlər, poleartritlər, revmatik və revamaitli ploartiritlər, radikulitlər, periferik sinirlərinin iltihabları-nevritlər müalicə olunur.



Oxunub: 117818