Baş səhifə    » SƏHİYYƏ    » Səhiyyənin inkişafı   

Səhiyyənin inkişafı

  

Azərbaycanda səhiyyənin inkişafının təmin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı (1998-ci il 13 mart tarixli, 760 №-li) və fərmanı (1998-ci il 29 dekabr tarixli 49 №-li) imzalanmışdır. Sərəncama əsasən, səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə isə "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq olunmuşdur. Məhz bundan sonra Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində ciddi dəyişikliklər baş vermişdir. Belə ki, 2004-cü ildən diabetli uşaqlar pulsuz dərmanla təmin edilir. Müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi yaradılmışdır.
Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin dövlət hesabına hemodializ seansları alması ücün 14 hemodializ mərkəzi yaradılmışdır.
Heydər Əliyev Fondu “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramları həyata kecirmişdir. “Diabetli uşaqlara ən yüksək qayğı” proqramı çərçivəsində diabetə tutulan 14 yaşınadək uşaqların insulinlə təminatı mümkünləşmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa edilmişdir. Yeni mərkəz ölkədəki 20 mindən çox xüsusi qayğıya ehtiyacı olan uşağın sağlamlığının bərpasına hesablanıb.
Səhiyyə Nazirliyinin nəzdində Dərman Vasitələrin Analitik Ekspertiza Mərkəzi (DVAEM) yaradılmışdır. Mərkəz Azərbaycan Respublikası ərazisində dərman vasitələrinin keyfiyyətinin təmin olunmasına nəzarət edir. Dərman vasitələrinin keyfiyyətinin dəyərləndirilməsi Mərkəzin laboratoriyalarında həyata keçirilir. Səhiyyə Nazirliyində Farmakoloji və farmakopeyi ekspert şurası da yaradılmışdır.
Son dövrdə 60-dan çox tibb müəssisəsi tikilmişdir.
2008-2015-ci illərdə Azərbaycanda reproduktiv sağlamlığa dair milli strategiya həyata keçirilir.
2007-ci ildən dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur.
Azərbaycanda uşaq və böyüklərin kardiolojoi cərrahiyyə əməliyyatlarının pulsuz həyata keçirilməsi işinə başlanılması qərarı təsdiqlənmişdir.
Bundan başqa, M. Topçubaşov adına xəstəxanada uşaq və böyüklər üçün kardioloji cərrahiyyə mərkəzi yaradılır. Bu mərkəzdə xəstələr növbəlilik əsasında pulsuz əməliyyat olunacaq. Travmotologiya və Ortopediya Mərkəzində oynaq əməliyyatlarının pulsuz həyata keçirilməsinə başlanılıb. Eyni zamanda 3 min adda dərman qeydiyyatdan keçmişdir.
Rəsmi məlumatlara görə, hal-hazırda Azərbaycanda 28489 həkim, 56842 orta tibb işçisi var. Ölkədə 750 xəstəxana,1670 poliknika fəaliyyət göstərir. Xəstə çarpayılarının sayı 70 mindir.
Azərbaycanda “ Yoxsulluğun azaldılması və iqtisadi inkişaf” Dövlət Proqramının həyata keçirilməsində iqtisadi və sosial məsələlərlə yanaşı, səhiyyədə islahatlar əhəmiyyətli yer tutur. Azərbaycanda Səhiyyə sahəsində fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı Uşaq və Əhali Fondunun, UNİCEF, Dünya Bankı, USAİD, ÜST və digər beynəlxalq qurumların yardımını xüsusilə qeyd etmək lazımdır.
Bu təşkilatlar Səhiyyə Nazirliyi ilə birgə “İlkin Səhiyyə xidmətlərinin inkişafı”, “Reproduktiv Sağlamlıq və Ailə Təbabəti”, “Azərbaycanda Demoqrafiya və Sağlamlıq Xülasəsi”, “Qızılca və Məxmərəyə Qarşı Mübarizə”, “Təcili Yardımın İnkişafı”, “Uşaqların Xilası”, “Azərbaycanın regionlarında tibbi xidmətin gücləndirilməsi”, “5 yaşına qədər uşaq ölümü statistikası”, “Yeni İCD 10 nozoloji kodların təyini”, “Tütünə qarşı mübarizə”, “Vərəmlə mübarizə”, “Malariya ilə mübarizə”, “QİÇS ilə mübarizə”, “Səhiyyədə İslhatlar Tədris İnnovasiya”, “Səhiyyədə İslahatlar üzrə PHRD” layihələrini gerçəkləşdirmişlər.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Qida Proqramı Fondu, Sərhədsiz həkimlər, Beynəlxalq Tibb Korpusu, Qızıl Xaç Federasiyası və nüfuzlu müxtəlif qurum və fondların layihələri davam edir.
Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin və Azərbaycan Xarici İşlər Nazirliyinin vasitəsi ilə digər ölkələrin səhiyyə təşkilatları ilə əlaqələr gücləndirilmişdir. Bunlara misal olaraq Türkiyə, Rusiya, Misir, İran, Ukrayna, Böyük Britaniya, ABŞ və s. göstərmək olar.



Oxunub: 155150