Baş səhifə    » SƏHİYYƏ    » Xalq təbabəti   

Azərbaycanın müalicəvi florası

  


Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları (qədimdə bu cür xalq təbabəti ilə əttarlar və ya türkəçarəçilər məşğul olurdu) insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları  zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf etmək məcburiyyətindədir. 
Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik  bitkilər 1545  növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir.
Azərbaycanda daha çox yayılaraq xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri və meyvələri sizə təqdim edirik



Oxunub: 567888