Azərbaycanın müalicəvi florası
Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları (qədimdə bu cür xalq təbabəti ilə əttarlar və ya türkəçarəçilər məşğul olurdu) insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf etmək məcburiyyətindədir.
Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir.
Azərbaycanda daha çox yayılaraq xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri və meyvələri sizə təqdim edirik