Baş səhifə    » SƏHİYYƏ    » Xalq təbabəti    » Şəfalı meyvələr   

Şəfalı meyvələr

  

ALBALI

İştahanı artırır, susuzluğu aradan qaldırır, ağız boşluğunda qurumanın qarşısını alır, tüpürcək vəzilərini tənzimləyir, üzü şəffaflaşdırır. Albalı şirəsindən hazırlanan təpitmə
(maska) üz dərisini yumşaldır. Axşam yatmamışdan əvvəl onu üzə cəkmək, 30-35 dəqiqədən sonra ilıq su ilə yuyub silmək məsləhətdir. Bu, üzdə olan ləkələri də təmizləyir. Albalı və onun şirəsi qan təzyiqini normallaşdırır, öd kisəsindəki ağrıları aradan qaldırır. Hamilə qadınlara yaxşı təsir göstərir.

ALMA

Ürək-damar sisteminin fəaliyyətini tənzimləyir, kök, piyli adamları arıqladır, sifəti durulaşdırır, iştahanı artırır, qəbizliyin qarşısını alır. Almanı qabıqlı yemək məsləhətdir. Onun şirəsi qusmanın qarşısını alır, qan təzyiqini, tüpürcək vəzilərini tənzimləyir, ağız boşluğunda qurumanın qarşısını alır. Bununla belə, alma dişin minasını, dişdibi yuvaları zədələyir. Hamilə qadınların alma şirəsi qəbul etməsi məsləhətdir.

ARMUD

Susuzluğun və ağız boşluğunun qurumasının qarşısını alır, tüpürcək vəzilərini tənzimləyir. Böyrək ağrılarını azaldır, sidiyin ifraz olunmasına yaxşı təsir göstərir. Oynaqlarda, böyrəklərdə, sidik yolunda olan daşlaşma, kirəcləşmə və duzlaşmaya qarşı müalicəvi əhəmiyyəti vardır. Armudun iştahanı artırması, şən əhvali-ruhiyyə oyatma xususiyyətləri xalq təbabətinə coxdan məlumdur. İsitmə-qızdırma, soyuqdəymə, qarınağrısı, ishal xəstəliklərinə qarşı effektlidir. Armud və onun şirəsi üzü şəffaflaşdırır, qusmanın qarşısını alır. Hamilə qadınlara armud şirəsi qəbul
etmək məsləhətdir.

ƏZGİL

Müalicəvi əhəmiyyəti təbabətə cox qədimdən məlumdur. Əzgil qarın ağrısı, ishal, mədə-bağırsaq xəstəliklərinə qarşı effektlidir. Böyrəklərdə, sidik yolunda əmələ
gələn daşları, duzları əridir, ağrıları azaldır. Əzgil umumi halsızlığı aradan qaldırır, iştahanı artırır, ağız boşluğunda qurumanın qarşısını alır, ağızda şirə vəzisinin fəaliyyətini tənzimləyir, şəkərli xəstələrə yaxşı təsir göstərir.

HEYVA

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti vardır. Heyva toxumunun, cöpünün dəmləməsi mədə-bağırsaqda
olan səpgilərin, tənəffus orqanlarının, böyrək ağrılarının müalicəsinə cox yaxşı təsir edir.

İTBURNU

Uzun əsrlik tarixə malikdir. İtburnu ağız boşluğunda, bronxlarda baş verən iltihabi proseslərin qarşısını alır. Bunun tərkibi vitaminlərlə zəngindir. Mədə-bağırsaq, həzm orqanları xəstəliklərinin müalicəsində effektlidir. İtburnu sətəlcəm, soyuqdəymə, ishal, qarın ağrısı xəstəliklərinə yaxşı təsir göstərdiyi kimi, böyrək xəstəliyini, sidik yolundakı daşı, duzlaşmanı da aradan qaldırır, daxili qanaxmanın qarşısını alır. Ondan büzücu həb kimi də istifadə olunur. Qurudulmuş itburnu ləçəyinin dəmləməsindən bir cox xəstəliklər zamanı istifadə olunur. İtburnu dəmləməsi, mürəbbəsi, bəhməzi (doşabı) qanazlığının, gec sağalan dərialtı, dəriüstü yaraların, qanaxmanın, qaraciyər, böyrək, soyuqdəymə, ishal xəstəliklərinin müalicəsində effektlidir. 

QOZ

Qoz ləpəsi, sucuq və qoz mürəbbəsi əhvali-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı, görmə qabiliyyətinin zəifləməsində, ağız boşluğundan gələn pis qoxunun aradan qaldırılmasında, mədə-bağırsaq ağrılarını azaltmaqda effektli təsir göstərir.
Qoz ləpəsi, sucuq və qoz mürəbbəsi diş dibini möhkəmlədir, ağızda xoş qoxu yaradır. Daxili orqanlarda qanaxmanın, susuzluğun, ağızda qurumanın qarşısını alır, iştahanı artırır, şəkərli xəstələrə yaxşı təsir göstərir.

LİMON

Ürək ağrısını kəsir, həzmə kömək edir, iştahanı artırır. Ağız boşluğunda qurumanı aradan qaldırır, qan təzyiqini aşağı alır. Mədədə əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, dişdibi ətinin xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, başağrısı, ürəkdöyünməsini tənzimləyir.

YEMİŞAN

Turşməzədir, iştahanı artırır. Bunun meyvəsi, şirəsi, mürəbbəsi, bəhməzi ishalın, qarın ağrısının qarşısını alır və qan təzyiqini aşağı salır, böyrəklərdə, oynaqlarda, sidik yollarında olan kirəcləşmə və duzlaşmanın qarşısını alır, daşların
əriməsinə yaxşı təsir göstərir. Yemişan toxumu qaraciyər, mədə-bağırsaq ağrılarını azaldır. Bunun cayı, şirəsi, mürəbbəsi quru, göy öskürəyə,soyuqdəyməyə yaxşı təsir göstərir.

ZİRİNC

Turşməzədir, zoğal kimi iştahanı artırır, susuzluğun və ağızda qurumanın qarşısını alır. Ağız boşluğunda şirə vəzisini tənzimləyir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, dişdibi ətini mohkəmlədir, diş və mədə-bağırsaq ağrılarını azaldır. Həzmi sürətləndirir, qan təzyiqini tənzimləyir. İshalın, qarın ağrısının, soyuqdəymənin, sinə və oynaq ağrılarının qarşısını alır. Zirinc mürəbbəsi də zoğal mürəbbəsi kimi bir cox
dərdlərə, xəstəliklərə dərmandır.

ZOĞAL

Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin qədim tarixi vardır. Zoğalın qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb səpgi və cibanların uzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat cayı hazırlanır. Meyvəsindən qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən hazırlanan spirtsiz ickilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir. 

ZEYTUN

Azərbaycanda zeytun qədim tarixə malikdir. Hazırda Nardaranda yaşı 250 mini ötən və hələ də bar verən zeytun ağacı vardır. Zeytun yağı əl ilə yığılan yetişməmiş meyvələrdən soyuq presləmə üsulu ilə alınır. Yeyinti və tibb sahələrində geniş istifadə edilir.
Zeytunun yetişməmiş meyvələrindən alınan yağ bir sıra dərman preparatlarının hazırlanmasında istifadə edilir. Məsələn, yanıq məlhəmlərində, iynə dərmanlarının tərkibində sağaldıcı kimi, revmatizm, hipertoniya, ateroskleroz, mədə-bağırsaq xəstəliklərinin müalicəsində də geniş surətdə istifadə edilir.
Eksperimental və kliniki təcrübələr göstərmişdir ki, zeytun ağacının yarpaqları ürək xəstəliklərinin müalicəsində cox faydalıdır. Zeytun iştahanı artırır, dişləri möhkəmlədir, ağızda əmələ gələn səpgilərin qarşısını alır. Boğazın və bronxların iltihabını aradan qaldırır. Sətəlcəm, soyuqdəymə xəstəliyinə tutulanlara zoğal şirəsi çox xeyirlidir. İshal və qarınağrısına da kömək edir. Zeytun, onun mürəbbəsi, təzəsi və qurudulmuşu qan təzyiqinə, mədə-bağırsaq xəstəliklərinə cox xeyirlidir, sinə, oynaq ağrılarını azaldır, həzmə kömək edir, ağızdan gələn pis qoxunu aradan qaldırır.

QARAĞAT

Qara qarağatın meyvə, yarpaq və tumurcuqlarınıntərkibindən insan orqanizmi üçün faydalı olan bir sıra vitaminlər aşkar edilmişdir. Onun müxtəlif növ və sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrindən tibb sahəsində geniş istifadə olunan bir sıra preparatlar alınmışdır.
Qarağatın tumurcuq, yarpaq, meyvə hissəsindən hazırlanmış dəmləməsindən soyuqdəymədə, vərəm xəstəliyində, tərgətirici, sidikqovucu kimi, orqanizmin müqavimətinin artırılmasında, infeksiya xəstəliklərində işlədilir. 
Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbitda və digər hipo- və avitaminozlarda, diatezlərdə, mədə-bağırsaq xəstəliklərində, qanazlığında istifadə edilir ki, bu da onların tərkibində olan vitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzə meyvələrindən alınan şirədən səs tutulmalarında, göy öskürəkdə, quru öskürəkdə istifadə edilir. 15-20 ədəd qarağat meyvəsi insanın gündəlik C vitamininə olan tələbatını ödəyir. Qarağatın meyvə və yarpaqlarından hazırlanan dəmləmə, cövhər, yaxmalardan kosmetika
sahəsində geniş istifadə edilir. 

ƏRİK

Ərik bütün növ və sortları xoş ətirə malikdir. Ərikdən qanın tərkibində dəmir çatışmazlığı zamanı baş verən anemiya (qan azlığını) xəstəliyinin qarşısının alınmasında, toxumlarından alınan cövhərlə bronxit, göy öskürək, kəskin böyrək xəstəliklərində istifadə edilir. Meyvəsinin tərkibində coxlu miqdar K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəstəliklərində, orqanizmində Na elementinin nizamlanması üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozulmasında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi məsləhət gorürlər. Meyvələri təzə və qurudulmuş halda pəhriz maddəsi kimi məsləhət gorulur. Qurudulmuş qaysıdan ürək zəifliyində və bir sıra başqa xəstəliklərdə istifadə edilir. Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan vasitə, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. 

İNNAB

Azərbaycanda və Yaxın Şərqdə innab qədimdən müalicə məqsədilə işlədilir. Halen göstərir ki, bu meyvə həzm olunur və mədəyə müsbət təsir göstərir. Ərəb həkimi Məssih göstərmişdir ki, innabın meyvələri astma xəstəliyi zamanı insanı sakitləşdirir.
Başqa məlumatlara görə, innabın meyvələri qan dövranında oyadıcı təsir göstərir. Məhəmməd Hüseynin bir necə əsr bundan əvvəl yazılmış «Məhzən-əl ədviyyə» əsərində innabın müalicə əhəmiyyəti haqqında geniş məlumat verilir. O göstərir ki, innab öskürək və ağız yarasının müalicəsi üçün yaxşı dərmandır. İnnab meyvəsinin ununa bal qatmaqla hazırlanmış yağ ağız yarasını sağaldır. İnnab qanı təmizləyir, ciyərin, böyrəyin və sidik kisəsinin ağrısını sakitləşdirir. Dəmləməsi həm zob, həm də ağciyər və vərəm xəstəliklərinə müalicəvi təsir göstərir.

ÜZÜM

Qafqazda, o cümlədən Azərbaycanda üzüm cinsinin 2 növü yayılmışdır. Üzüm ən qədim cicəkli bitkilərdən sayılır. Üzüm qiymətli qida məhsulu olmaqla bərabər, eyni zamanda müalicəvi əhəmiyyətə malikdir. Üzümun tərkibində olan əsas mənimsənilən şəkər, qlükoza və fruktoza əzələ sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. Qlükoza insan orqanizmində toxumaların oksigeni mənimsəməsini yüksəldir və bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Bir cox yoluxucu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Üzümun tərkibində olan dəmir qida əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə yaxşı təsir göstərir. Üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir, qanda sidik cövhərini azaldır və orqanizmdə duzların toplanmasına mane olur. Üzüm suyu «Borjomi» və qələvi xüsusiyyətli mədən sularından geri qalmır, hətta onlardan bir qədər ustun sayılır. Üzüm və üzüm şirəsinin uşaqların qidasında əhəmiyyəti böyükdur. Üzüm şirəsi bəlğəmgətirici təsirə malikdir. Ondan tənəffüs yolları xəstəliklərində də geniş istifadə edilir. 

NAR

Nar meyvələrinin tərkibinə daxil olan maddələrin miqdarı onun sortundan, yetişdirildiyi iqlim şəraitindən və bağlarda həyata kecirilən aqrotexniki tədbirlərin keyfiyyətindən asılıdır. Xalq təbabətində yaranı sağaltmaq üçün nar meyvəsinin qurudulmuş qabığını narın doyub yaraya səpirlər ki, bunun da nəticəsində yara sağalır. Yaranı qabığın tərkibindəki aşı maddəsi sağaldır. Qədim vaxtlarda nar şirəsini qaynadıb bal ilə qarışdıraraq, ondan burunda əməl gələn polip və habelə babasil xəstəliyinin müalicəsində istifadə edirlər. Narın meyvə, kök, gövdə və oynaqlarının qabığında büzüşdurucu və rəngverici maddələr var. Nar şirəsi iştah artırır, muxtəlif yeməklərin asan həzm olunmasına kömək edir. 

TUT

Tutun respublikamızın ərazisində 3 növu yayılmışdır: ağ tut, qara tut, qırmızı tut. Bunlardan Azərbaycanın ərazisində ən cox yayılanı ağ və qara tut növləridir. Azərbaycanda ağ tut yabanı halda Samur-Dəvəci zonasının tuqay meşələrində, Kür-Araz, Alazan-Əyricay ovalıqlarında yayılmışdır. 
Qırmızı tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir. 
Bundan başqa, çay yarpaqlarından çay dəmləyib şəkər xəstəliyində, ürək ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də onlardan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. Bundan baş meyvələrindən hazırlanan şirələrdən xərcəng, boğaz ağrıları, mədə xəstəliklərində qəbul edilir. Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymə xəstəliklərində içirlər. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür. Ağ, qara, xar tutun meyvələri qanartırıcı xassəyə malikdir.

ŞABALID

Şabalıd bal verən bitki kimi qiymətli sayıla bilər. Şabalıddan alınmış balın böyük müalicəvi əhəmiyyəti vardır. Yarpağı qiymətli maddələrlə zəngindir. Belə ki, 1 yaşıl yarpağında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji vahid K vitamini vardır və buna gorə də onlar «vitamin sənayesi » üçün qiymətli xammal sayıla bilər.



Oxunub: 615772