Baş səhifə    » PAYTAXT    » Bakı    » Bakı Dövlət Sirki   

Bakı Dövlət Sirki

  



Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan «Kovkan», «Zorxana» kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və digər janrlarının elementləri mövcud olmuşdur.
İlk peşəkar sirk - heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yandığından, 1905-ci ildə yeni, şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir.
1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı. Ənvər Quliyev, «Ulduz bacıları», kəndirbaz Əlixan və digər artistlərin nömrələrin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə «Zirvədən işıq» adlı proqramla keçmiş Sovet İttifaqının ərazisində və Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olmuşdur.
1967-ci ildə Bakı Dövlət Sirkinin (BDS) memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir.
Hal-hazırda Bakı Dövlət Sirki (BDS) dünyanın ən tanınmış sirklərindən biridir. Onun səhnəsində yerli sirk ustaları ilə yanaşı, tanınmış xarici sirk truppaları da uğurla çıxış edirlər.



Oxunub: 138141



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on