Baş səhifə    » PAYTAXT    » Bakı    » Heyvanat parkı   

Heyvanat parkı

  



Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılmışdır. Məlumata əsasən, Bakı şəhərində belə bir parkın yaradılması üçün müxtəlif cəhdlər göstərilmişdir. 1928-ci ildə Bakı şəhərinin keçmiş Lunaçarski, hal-hazırkı Nizami parkında belə bir guşə fəaliyyət göstərmişdir.
Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Bakı heyvanat parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanmışdır. Parkın ərazisi 4.25 hektardır.
Bakı heyvanat parkında 4 şöbə (zooloji, teriologiya, ornitologiya, akvanarium və terrarium şöbələri) fəaliyyət göstərir.
Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır.
Bakı heyvanat parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır.
Bakı heyvanat parkında adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.
Bakı heyvanat parkı 1995-ci ildən “Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası”-nın üzvüdür.



Oxunub: 120964



Azərbaycan Televiziyaları
İnternet Radio