Baş səhifə    » TARİX    » Azərbaycan milli-tarixi faciələri   

Azərbaycan milli-tarixi faciələri

  



1803-1813 1826-1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.

1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqrım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.

1918-ci ilin aprelindən sentyabrınadək ermənilər bolşeviklərin köməyi ilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Kürdəmir, Hacıqabul və Salyanda azərbaycanlılara qarşı soyqrımı həyata keçirdilər. Bu soyqrımın nəticəsində Şamaxı qəzasında 58 kənd dağıdıldı, 7 minə qədər adam öldürüldü, Quba qəzasında 122 kənd dağıdıldı, yüzlərlə dinc sakin məhv edildi.

1918-ci ilin yayında Andranikin başçılığı ilə erməni qüvvələri Naxçıvan və Zəngəzur bölgələrində dinc Azərbaycan əhalisinə qarşı soyqrıma başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhali öz yurdundan qovuldu.

1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olundu. 23 ay fəaliyyət göstərmiş bu dövlət 1991-ci ilə qədər SSRİ-nin tərkibində qalmışdı.



1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar verdi. 1948-1953-cü illər ərzində 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldü.

1990-cı il yanvarın 20-də Sovet Ordu hissələri Bakıda və respublikanın digər məntəqələrində dinc əhaliyə qarşı soyqrımı həyata keçirdi. Rəsmi məlumata görə, Sovet Ordusunun hücumu zamanı Bakıda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.

1988-1991-ci illərdə Ermənistanın 185 kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərədək azərbaycanlı qovuldu, 225 nəfər qətlə yetirildi, 1154 nəfər yaralandı.

1992-ci il fevralın 26-da Xocalı soyqrımı baş verdi. Rus ordusunun köməyi ilə ermənilər Xocalıda 244 nəfəri qətlə yetirdi, 200 nəfərdən çox itkin düşdü, donaraq ölənlərin sayı isə 700 nəfərdən artıq oldu.



Oxunub: 81145



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on