Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Mirməmməd Cavadzadə   

Mirməmməd Cavadzadə

  


M.Cavadzadə 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakultəsini bitirmişdir.
1951-ci ildə II Moskva Tibb Institutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla Krım Vilayətinin baş uroloqu işləmişdir.
1962-ci ildə M.Cavadzadə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adını alır. 1963-cü ildə M.Cavadzadə Bakıya dəvət olunur və müsabiqə yolu ilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrelogiya kafedrasına müdir seçilmişdir.
M.Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 ildən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.



Oxunub: 547263



Azərbaycan Televiziyaları
İnternet Radio