Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Məmmədsadiq Abdullayev   

Məmmədsadiq Abdullayev

  


1988-2006-cı illərdə "İnsan anatomiyası" kafedrasının professoru, 1973-1979-cu illərdə Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, 1976-1979, 1992-1995–ci illərdə Azərbaycan Tibb jurnalının baş redaktoru,1976-1979-cu illərdə Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü olmuşdur.
"Şöhrət" nişanı ilə təltif olunmuşdur, 2001-cü ildə “Qızıl qələm” mükafatı laureatı olmuşdur.
Məmmədsadıq Abdullayevin tədqiqatları periferik sinirlərin ieloarxitektonikasının həm normada, həm də xroniki işemiya şəraitində öyrənilməsinə həsr edilmişdir. O, 300-ədək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Bir sıra beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir.




Oxunub: 429188



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on