Baş səhifə    » MƏTBƏX    » Çörəklər   

Çörəklər

  



Çörək — bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur.
Un və sudan ibarət hazırlanmış xəmirin bişirilməsi, buxara verilməsi və qızardılması ilə hazırlanır. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər.

Təndir çörəyi
Yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörəkdir. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər.

Lavaş (yuxa, yayma)
Su, un və duzla emal edilən çörək növüdür. Kövrək çörəkdən qalın, pidədən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranda geniş şəkildə yeyilir.

Şirinçörəyi
Şirinçörəyi-Novruz və başqa bayramlarına hazırlayırlar.
1 çay qaşığı (ç/q.) quru maya, 500 ml qızdırılmış süd, 1 ədəd yumurta, 1 ç/q. Sarıkök, 250 qram şəkər, 200 qram yağ (olar marqarin), un, duz.
Mayanı süddə qarışdırıb, duz, 1 xörək qaşığı (x/q.) şəkər, sarıkök, 10-12 x/q un əlavə edirlər. Bunları qarışdırırlar. Kütlə çox duru olmamalıdır. Yetişmək üçün isti yerə qoyulur. Mayalanmış xəmir qalxmalıdır. Bir neçə dəfə kütləni qarışdırır, yağı əridirlər. Bir qaba unun yarısı və şəkər tökülür, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurur, az-az un əlavə edirlər. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmamalıdır.



Oxunub: 297444



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on