Baş səhifə    » MƏTBƏX    » Balıq yeməkləri   

Balıq yeməkləri

  



Lənkəransayağı suf balığı
Təzə suf – 350q, buğda unu – 10q, ərinmiş yağ – 35q, baş soğan – 50q, cəfəri – 15q, limon – 1/5 ədəd, istiot – 0,1q, duz. Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavari doğranmış baş soğan, limon qoyulur.

Kütüm ləvəngi 
Təzə kütüm – 253 q, qoz ləpəsi – 50 q, baş soğan – 30 q, ərinmiş yağ – 10 q, zoğal axtası – 25 q, kişmiş – 50 q, duz. Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, icərisinə doldurulur.

İçi doldurulmuş çəki balığı
Xammalların miqdarı və hazırlanması kütüm ləvəngidə olduğu kimidir: çəki balığı - 253 q, qoz ləpəsi – 50 q, baş soğan – 30 q, ərinmiş yağ – 10 q, zoğal axtası – 25 q, kişmiş – 50 q, duz.
Balıq duzlanır, icərisinə doldurulur.

Təndirdə qızardılmış kütüm 
Kütüm balığı – 250q, pomidor – 50q, xiyar – 50q, baş soğan – 30q, keşniş göyərtisi – 15q, narşərab – 15q, istiot, duz. Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təzə tərəvəz qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir.

Təndirdə bişirilmiş Lənkəransayağı çəki balığı 
Çəki balığı – 250q, baş soğan – 40q, limon – 15q, cəfəri – 15q, istiot, duz. Çəki balığı təmizlənir, istiot və duz vurulub bütöv şəkildə təndirdə bişirilir. Süfrəyə verildikdə yanına dairəvi doğranmış limon dilimləri və baş soğan qoyulur, cəfəri göyərtisi səpilir.

Balıq küftəsi 
Balıq – 200q, noxud – 20q, düyü – 15q, alça – 10q, kartof – 150q, baş soğan – 20q, zəfəran – 0,05q, istiot, duz. Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışıdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub verilir.

Qızardılmış qızıl balıq
Qızıl balıq – 248q, buğda unu – 10q, ərinmiş yağ – 25q, baş soğan – 40q və ya göy soğan – 50q, narşərab – 5q, cəfəri – 15q, istiot – 0,1q, duz. Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırıldığı şkafda bişirilir. Süfrəyə verilir.

Çapaq balığı
Balıq – 248q, buğda unu – 10q, ərinmiş yağ – 25q, baş soğan – 40q, pomidor – 50q, limon – 10q, cəfəri – 15q, istiot, duz. Çapaq balığı təmizlənir, tikələrə doğranır. Balıq tikələrinə istiot və duz vurulur, un içərisində urvalanıb hər iki tərəfi tavada qızardılır. Qızardılmış balıq bir neçə dəqiqə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə gətirilir.

Öz buğunda bişirilmiş kütüm
Təzə kütüm – 253q, ərinmiş yağ – 15q, baş soğan – 30q, quru alça – 3q, lavaşana – 5q, keşniş – 15q, istiot – 0,1q, duz. Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür .



Oxunub: 180761



Azərbaycan Televiziyaları
İnternet Radio