Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Milli parklar   

Milli parklar

  


Milli Parklar - Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpagları hesabına genişləndirilərək sahəsi 42797,4 ha çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (ARNK) 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılmışdır.
Hazırda milli parklar ölkə ərazisinin 3,6 %-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökümətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmışdır

Milli parkların siyahısı:

HƏSƏN ƏLİYEV ADINA ZƏNGƏZUR MİLLİ PARKI 

    1

Müəssisənin yerləşdiyi ünvan

Naxçıvan MR, Ordubad r-nu

2

Yerləşdiyi  ərazi

                                 Ordubad, Şahbuz, Culfa r-rı

3

Əhatə etdiyi ərazinin sahəsi (ha)

                                                 42797,4 ha

   4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

   5

Qorunan növlər

Fauna:Bəbir, muflon, Bezoar keçi, qaban, çöl pişiyi, manul pişiyi, qonur ayı, canavar, çaqqal, tülkü, zolaqlı kaftar, porsuq, dələ, dovşan, 4 növ suda - quruda yaşayan (Suriya sarımsaqiyli qurbağa), 38 növ və y/növ sürünənlər (ox ilanı, gürzə, təlxək və s.), toğlugötürən, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, bəzgək, ağquyruq dəniz qartalı və s.;
Flora: çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, gözəl qayışləçək.


ŞİRVAN MİLLİ PARKI 
  

1

Müəssisənin yerləşdiyi ünvan

                                            Salyan şəh., Yenikənd kəndi

2

Yerləşdiyi  ərazi

   Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazisi

3

Əhatə etdiyi ərazinin sahəsi(ha)

                                              MP -54373,4,   DTQ- 6232,0 
                                                  Bəndovan DTY- 4930,0

4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

5

Qorunan növlər

Fauna: Ceyran, flaminqo, ərsindimdik, fısıldayan qu, porsuq, canavar, tülkü, dovşan, qaban, çaqqal, qunduz, safsar, çöl pişiyi;
Flora: qaraşoranlı, duzlaq-şoranlı, yovşanlı - efemerli bitki formasiyaları


AĞ GÖL MİLLİ PARKI

1

Müəssisənin yerləşdiyi ünvan

                                              Ağcabədi r-nu, 344480

2

Yerləşdiyi  ərazi

                        Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisi

3

Əhatə etdiyi ərazinin sahəsi (ha)

                                                        17924 ha

4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

5

Qorunan növlər

Fauna: porsuq, canavar, tülkü, dovşan, tirəndaz, qaban, çaqqal, qunduz, su samuru, qamış pişiyi, mərmər cürə, bəzgək, yaşılbaş ördək, sultan toyuğu, ağquyruq dəniz qartalı, harayçı, fısıldayan qu quşları, qıvrımlələk qutan 
Flora: duzlaq çoğanı, qış otu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s.


               HİRKAN MİLLİ PARKI

1

Müəssisənin yerləşdiyi ünvan

Lənkəran şəh., Bürcəli kəndi

2

Yerləşdiyi  ərazi

Lənkəran və Astara rayonlarının inzibati ərazisi

3

Əhatə etdiyi ərazinin sahəsi  (ha)

40358 ha

4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

5

Qorunan növlər

Fauna: qara leylək, tirəndaz, ayı, qaban, cüyür, xallı maral, vəhşi pişik, dələ, porsuq, yenot, canavar, çaqqal, qamış pişiyi, su samuru, bəbir, vaşaq, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, qıvrımlələk qutan, toğlugötürən, Talış uzunbığı. 
Flora: Hirkan ənciri, Hirkan şümşadı, Hirkan armudu, dəmirağac,  vələs, Hirkan bigəvəri


ALTIAĞAC MİLLİ PARKI 

1

Yerləşdiyi  ərazi

Xızı və Siyəzən rayonlarının inzibati ərazisi

2

Əhatə etdiyi ərazinin sahəsi (ha)

11035 ha

3

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

4

Qorunan növlər  

Fauna: cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, qırqovul, alabaxta, bildirçin, çöl qartalı, kəklik, qaratoyuq və s.
Flora: Qafqaz palıdı, Qafqaz vələsi, itiyarpaqlı ağcaqayın, yemişan, böyürtkən, qaratikan, itburnu və s.


ABŞERON MİLLİ PARKI 

1

Müəssisənin yerləşdiyi ünvan

Bakı şəh., Əzizbəyov r-nu, Zirə qəs.

2

Yerləşdiyi  ərazi

Abşeron yarımadasının cənub-şərq qurtaracağı, Şah Dili ərazisi

3

Əhatə etdiyi ərazinin sahəsi (ha)

783 ha

4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

5

Qorunan növlər

Fauna: Xəzər suitisi, gürzə, Xəzər tısbağası,  su quşları (gümüşü qağayı, qaşqaldaq, yaşılbaş ördək, fısıldayan qu quşu, qarabatdaq və s.)
Flora: qum bitkiləri, cığlı-qamışlı və paz otlu çəmənliklər, birillik şoran otları, efemerlər


ŞAHDAĞ  MİLLİ  PARKI 

1

Yerləşdiyi  ərazi

Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şabran və Şamaxı rayonları

2

Əhatə etdiyi ərazinin sahəsi  (ha)

130508,1 ha

3

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,elmi-tədqiqat və ekoloci-təbliğat işlərinin aparılması.

4

Qorunan növlər

Fauna: cüyür, qaban, meşə pişiyi, qonur ayı, canavar, çaqqal, tülkü,  yenot, vaşaq, köpkər, qırqovul, qaratoyuq, alabaxta, çobanaldadan, berkut, turac, çöl qartalı və s.; 
Flora: iberiya və şərq palıdı, şərq fısdığı, qafqaz vələsi, göyrüş, qaraçöhrə, əzgil, yemişan, böyürtkan, itburnu və s.


GÖY - GÖL MİLLİ PARKI 

1

Müəssisənin yerləşdiyi ünvan

Göy göl r-nu, Toğana kəndi

2

Yerləşdiyi  ərazi

Göy göl, Daşkəsən, Goranboy rayonlarının inzibati ərazisi

3

Əhatə etdiyi ərazinin sahəsi (ha)

12755 ha

4

Müəssisənin əsas iş fəaliyyəti

Biomüxtəlifliyin bərpası, mühafizəsi, ekoturizmin təşkili, inkişaf etdirilməsi,  elmi-tədqiqat və təbliğat işlərinin aparılması.

5

Qorunan növlər

Fauna:Qafqaz maralı, cüyür, bezoar keçisi, çöl donuzu, qonur ayı, meşə pişiyi, canavar, çaqqal, tülkü, dovşan, kəklik və s.
Flora: Kox şamı, şərq palıdı, qafqaz vələsi, tozağacı və s.




Oxunub: 79509



Azərbaycan Televiziyaları
İnternet Radio