Baş səhifə    » TƏLTİFLƏR    » Ordenlər   

“Azərbaycan Bayrağı” ordeni

  


“Azərbaycan Bayrağı” ordeninin təsviri


Azərbaycan Respublikasının 1998-ci il  6 fevral tarixli 429- IQD saylı Qanunu ilə “Azərbaycan Bayrağı” ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən oxətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür. Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür. Arxa tərəfi hamar səthlidir, ortasında “Azərbaycan Bayrağı” sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 403405