|
Baş səhifə
» TURİZM
» Ovçuluq turizmi
Ovçuluq turizmi
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin - müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər inkişaf edən turizm növlərindən biri də ovçuluq turizmidir.
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illərdən başlayaraq bu sahəyə maraq daha da çoxalmışdır. Hal-hazırda ölkədə müxtəlif ovçuluq növləri mövcuddur. Bunlardan quş və dağ keçisi ovu daha çox inkişaf edib.
Azərbaycan ərazisində mövcud olan ovçuluq növləri aşağıdakılardır:- Dağıstan turunun ovlanması; - Çol donuzunun ovlanması; - Dovşanın ovlanması; - Meşə göyərçininin ovlanması; - Bildirçinin ovlanması; - Kəkliyin ovlanması; - Su quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması; - Cüllütün ovlanması; - Meşəcüllütünün ovlanması; - Köpgər ovlanması. Azərbaycanda heyvanların sayının tənzimləməsi məqsədilə ovlanma müvafiq ov sahələri və ovçuluq təsərrüfatları üzrə məhdudlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən Ovçuluq təsərrüfatları (OT) aşağıdakılardır:
S / N
|
ADI
|
YERLƏŞDİYİ ƏRAZİ
|
SAHƏSİ, HA
|
MƏQSƏDİ
|
1
|
Ulduz OT
|
Şamaxı rayonu
|
5000
|
Dağıstan turu, cüyür, çol donuzu, qırqovul və s.
vəhşi heyvanların ovlanması.
|
2
|
Şəki OT
|
Şəki və Oğuz rayonları
|
60000
|
Dağıstan turu, nəcib Qafqaz maralı, cüyür,
köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.
|
3
|
Qax OT
|
Qax rayonu
|
2700
|
Dağıstan turu, nəcib Qafqaz maralı, cüyür,
köpgər, çöl donuzu və s. vəhşi heyvanların ovlanması.
|
4
|
Samux OT
|
Samux rayonu
|
40424
|
Çol donuzu, kəklik ov heyvanlarının ovlanması.
|
5
|
Pirallahı OT
|
Əzizbəyov rayonu
|
10000
|
Su və su bataqlıq quşların ovlanması.
|
6
|
Yaşma OT
|
Xızı rayonu
|
4000
|
Tülkü, çaqqal və su quşların heyvanlarının ovlanması.
|
7
|
Giləzi OT
|
Xızi rayonu
|
25
|
Donuzun ovlanması.
|
8
|
Babadağ OT
|
Quba və İsmayıllı
Rayonları
|
61000
|
Dağıstan turu, cüyur, köpgər, çöl donuzu və s.
vəhşi heyvanların ovlanması.
|
9
|
Sarısu OT
|
İmişli və Sabirabad rayonları
|
120
|
Göl balığı, su və su bataqlıq quşlarının
ovlanması.
|
10
|
Varvara OT
|
Yevlax rayonu
|
7762
|
Göl balığı, su və su bataqlıq quşlarının
ovlanması.
|
11
|
Şərbət-qobu OT
|
İmişli rayonu
|
20000
|
Su və su bataqlıq quşlarının ovlanması.
|
12
|
Daşgil OT
|
Qaradağ rayonu
|
3
|
Ovçuların və digər vətəndaşların istirahətinin və
ovçuluq fəaliyyətinin təşkili.
|
13
|
Pirsaat OT
|
Qaradağ rayonu
|
3000
|
Su və su bataqlıq quşların ovlanması.
|
14
|
Mahmudçala OT
|
Biləsuvar rayonu
|
7135,6
|
Ovçuların və digər vətəndaşların istirahətinin və
ovçuluq fəaliyyətinin
təşkili.
|
15
|
Zavvar OT
|
Cəlilabad rayonu
|
6995
|
Çaqqal, tülkü, donuz, su və su bataqlıq
quşlarının ovlanması.
|
16
|
Qirmizıkənd OT
|
Neftçala rayonu
|
10000
|
Su və su bataqlıq quşlarının ovlanması.
|
Azərbaycanda heyvanların ovlanmasına icazə verilməsi xüsusi qrafiklə tənzimlənir. Ovlanma dövrü belədir:
Dağıstan
turu
|
iyun
– noyabr
|
Su
quşları
|
oktyabr
– mart
|
Qafqaz
maralı
|
iyun
– oktyabr
|
Canavar
, tülkü , dovşan
|
avqust
– mart
|
Çol
donuzu
|
sentyabr
– mart
|
Meşə
ov quşları
|
oktyabr
– mart
|
Qara
turac
|
iyul
– mart
|
Vaşaq
|
sentyabr
– mart |
Oxunub: 435609
|
|
|
|