Baş səhifə
» İNCƏSƏNƏT
» Xalq sənətkarlığı
» Şəbəkə
ŞəbəkəXVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
Hazırda Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur. Otellər, abidələr üçün sifarişlər də şəbəkə ustaları tərəfindən qəbul olunur. Bakıda Təzəbəy hamamındakı şəbəkə işləri usta Soltanın əməyidir. Şəkinin tanınmış şəbəkə ustalarından biri də Tofiq Rəsulovdur. O, bu peşəni atasından öyrənib və bu günə qədər bu sənətlə məşğuldur.
|