Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Simli alətlər    » Rübab   

Rübab

  


Mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. Orta Asiya xalqları arasında müxtəlif növləri - “kaşqar rübabı”, “tacik rübabı” adları ilə çox məşhurdur.
XVIII əsrdən başlayaraq rübab Azərbaycanda tədricən unudulmuş, dövrümüzə qədər gəlib çatmamışdır. Hal-hazırda musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir. 
Rübab özünə məxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fıstıq, qol isə qoz ağacından hazırlanır. Çanağın üzünə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük çəkilir və ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanır. Qolunda 18 pərdəsi olur. Ümumi uzunluğu 910 mm, çanağının eni 210 mm, hündürlüyü 80 mm-dir.
Diapazonu böyük oktavanın «si» səsindən ikinci oktavanın «mi» səsinə kimidir.





Oxunub: 513809