Baş səhifə
» TARİX
» Hökmdar qadınlar
» Tomris
TomrisTomris haqqında əsas məlumat Herodotun “Tarix” əsərində qorunmuşdur. Bəziləri onu skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomris keçmişdir. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirmişdir. Ancaq Tomris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün o, gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir. Tomris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının düşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Bu döyüşdə massagetlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomris şərab badəsini insan qanı ilə dolduraraq Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından." Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı onun adı bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdə Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı. Massagetlər əvvəlcə Midiya dövlətinə tabe edilər. Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.
|