Baş səhifə    » TARİX    » Hökmdar qadınlar    » X. Natəvan   

X. Natəvan

  


Azərbaycanın hökmdar qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. O, ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziya xanın nəvəsi Uğurlu bəyin qızıdır. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün оnu sarayda «Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir. X. Natəvanın çəkdirdiyi bulaq “Xan qızı” adı ilə məşhurdur.
Xan qızı şairlərin təklifini nəzərə alaraq Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yaratmışdır. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, tikmə ilə də məşğul olurdu. Şairənin "Gül dəftəri" (1886) adlı albomundakı bədii tikmələri buna sübutdur.



Oxunub: 223234