Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Milli Məclis
» Milli Məclis komitələri
Milli Məclis komitələriMilli Məclisin tərkibində 11 komitə fəaliyyət göstərir
1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir. 2. Təhlükəsizlik və müdafiə komitəsi dövlətin təhlükəsizlik və müdafiə məsələlərinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 3. İqtisadi siyasət komitəsi dövlətin maliyyə və vergi siyasətinin, iqtisadi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir. 4. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi təbiətin mühafizəsi, təbii ehtiyatlar və energetika sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 5. Aqrar siyasəti komitəsi dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 6. Regional məsələlər komitəsi yerli özünüidarə orqanları ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 7. Sosial siyasət komitəsi dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 8. Elm və təhsil komitəsi elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 9. Mədəniyyət komitəsi mədəniyyət və mədəni sərvətlərin mühafizəsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 10. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. 11. İnsan hüquqları komitəsi insan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
|