Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Dövlət şirkətləri
» Dövlət Miqrasiya Xidməti
Dövlət Miqrasiya XidmətiMiqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Öz fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, immiqrant statusunun verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə nəzarət edir. Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Tel: (994 12) 562 56 23 (994 12) 562 57 73 (994 12) 562 57 74 (994 12) 562 57 90 (994 12) 562 57 93 (994 12) 562 46 82 Faks: (+994 12) 498 01 50 E-mail: [email protected] İnternet səhifəsi: www.migration.gov.az
|