Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Dövlət şirkətləri    » Dövlət Sığorta Kommersiya Şirkəti   

Dövlət Sığorta Kommersiya Şirkəti

  

1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradılıb.
Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik olmuşlar. Azərbaycan SSR-in Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
SSRİ-nin dağılması nəticəsində Dövlət Sığorta İdarəsi də dağılıb və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradılmışdır.
1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkəti olaraq adlandırılmış və “Azərsığorta” kimi fəaliyyətini davam etdirmişdir.
Hazırda “Azərsığorta” respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir.
Azərbaycan Respublikasında 30-dan çox sığorta şirkəti və bir sıra xarici dövlətlərin broker və sığorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir ki, “Azərsığorta” Şirkəti onlarla əməkdaşlıq edir.

Ünvan: İ. Dadaşov küçəsi, 60
Telefon: (+994 12) 561 68 41, 495 98 64
Faks:
(+994 12) 561 26 41
E-mail: azersı[email protected]




Oxunub: 78803