Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi   

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

  

Dövlət Torpaq Komitəsi 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılmışdır. 2001-ci ildə Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək, onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.
Komitə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu qurum dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi sahəsində də fəaliyyət göstərir.

Bakı şəhəri
Ş. Mehdiyev küç. 93a
Telefon : +(99412)432 89 59
Faks : +(99412)432 89 59
E-mail : [email protected]



Oxunub: 142991