Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Komitələr və fondlar
» Dövlət Neft Fondu
Dövlət Neft FonduDövlət Neft Fondu Azərbaycan Respublikası prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib.
1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkənin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanıb. Bu sazişlərin həyata keçirilməsindən ilk gəlirlərin əldə edilməyə başlaması onların səmərəli istifadəsi məsələsini gündəmə gətirmişdir. Məhz belə bir mexanizmin yaradılması məqsədi Dövlət Neft Fondu təsis edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Fondu neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sərmayəçilər arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli idarə olunması məqsədilə yaradılmışdır. Fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Ünvan: Neftçilər prospekti 24, Dalğa Biznes Mərkəzi, Bakı AZ1004. Telefon: (+99412) 498-77-53 Mətbuat katibi: (+99412) 498-65-34 Ümumi şöbə: daxili nömrə 135 Faks: (+99412) 498-76-53, daxili nömrə 135 E-mail: [email protected]
|