Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Prokurorluq
» Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikası Baş ProkurorluğuMüstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra 11 iyul 1922-ci il tarixində Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, B.Vəlibəyli, B.Talıblı, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublika yeni dövrə qədəm qoyub. Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir. Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Nigar Rəfibəyli küç. 7 Теlefon: (+99412) 492 30 23 Faks: (+99412) 492 03 35
|