Baş səhifə
» İQTİSADİYYAT
» Metallurgiya
MetallurgiyaAzərbaycanda özəl sektorda ən iri metallurgiya zavodları “Baku Steel Company” və “Bakı Polad tökmə” ASC-dir. “Baku Steel Company”-nin 2007-ci ildə illik istehsal gücü 386456 ton, Bakı Polad tökmə”nin isə 70770 ton olmuşdur. Bu müəsissələrdə uyğun olaraq hazırda 1722 və 450 nəfər işçi çalışır Qeyd olunan müəssisələr və digərləri əsasən xammal kimi metal qırıntısından (metallomdan) istifadə edirlər. Aşağıdakı müəssisələr az istehsal gücündə müxtəlif metallurgiya məhsulları və əsasən qara metaldan hazırlanan məmulatlar istehsal edirlər. “Global Construktion” MMC, “Atahan Dəmir Sənaye” MMC - müəssisələrindən hər birində 1000-2000 tona yaxın məhsul istehsal edilir və hər birində 40-80 nəfər işçi çalışır. Bunlardan əlavə Bakı şəhərində (“Azad NM” MMC) və regionlarda illik istehsal gücü 10-100 ton olan müəssisələr də fəaliyyət göstərir. İstehsal olunan məhsullar əsasən daxili tələbatı ödəyir,bir hissəsi isə yaxın qonşu ölkələrə (İran, Rusiya,Türkiyə və s.) ixrac olunur. Xammal əsasən daxili resurslar hesabına ödənilir. “Azərboru” ASC “Azərboru” ASC II dünya müharibəsindən sonra tikilməyə başlanmışdır və 31 dekabr 1952-ci ildə Azərbaycanda ilk polad boru istehsal edilmişdir. Zavodda 60-cı illərdən sonra 2 ədəd boruyayma aqreqatı, 2 ədəd pəstahyayma aqreqatı, 6 ədəd poladəridən Marten sobası tikilib istismara verilmişdir. “Daşkəsən Filizsaflaşdırma” ASC “Daşkəsən Filizsaflaşdırma”ASC 1954-cü ildən fəaliyyət göstərir. Çıxarılan filiz əvvəllər Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavodunda emal olunurdu. Uzun fasilədən sonra 2006-cı ildən “Daşkəsən Filizsaflaşdırma”ASC 25 illik müqaviləyə əsasən Böyük Britaniyanın DET.AL.Limited firmasının idarəçiliyinə verilmişdir. «Azəralüminium» ASC-nin Sumqayıt «Alüminium» istehsal sahəsi Sumqayıt alüminium zavodu keçmiş Azərbaycan SSR əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi idi. Tikintisinə 1949-cu ildə başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə - ilkin alüminium alınmışdır. 2000-ci ilin aprel ayından «Azəralüminium» ASC-nin Sumqayıt «Alüminium» istehsal sahəsi adlandırılır. Hazırda müəssisədə ilkin alüminium istehsal edən 4 sex fəaliyyət göstərir.
|