Baş səhifə
» İQTİSADİYYAT
» Azərbaycan Respublikasının vergi sistemi
Azərbaycan Respublikasının vergi sistemiAzərbaycan Respublikasında dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir və ödənilir. Dövlət vergiləri dedikdə, Azərbacan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər, muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə isə məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Dövlət vergilərinə aşağıdakılar aiddir: 2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 3) əlavə dəyər vergisi; 4) aksizlər; 6) hüquqi şəxslərin torpaq vergisi; 7) yol vergisi; 8) mədən vergisi; Azərbaycan Respublikasının vergi sistemi müstəqillik elan edildikdən sonra,1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır. Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar: 1991-1992ci illəri əhatə edən I mərhələdə əsasən gəlirlərə və xərclərə qoyulan vergilər haqqında qanunlar qəbul edilmişdir. 1991-ci ilin dekabrında “Əlavə dəyər vergisi” və ”Aksizlər”haqqında, 1992-ci ilin iyununda “Hüquqi şəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında qanunlar qəbul olunmuşdur. 1992-ci ilin ortalarından başlayaraq respublikanın müstəqil vergi xidməti orqanı formalaşmağa başladı. 1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən III mərhələdə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı olaraq əvvəlki mərhələdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi istiqamətində işlər aparılmış, müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş, Respublika Prezidenti 1999-cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman imzalamışdı. Bu mərhələnin yekunu kimi 2000-ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar. Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir, dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir, büdcə kəsirinin artımının qarşısını alır, ümumiyyətlə bazar iqtisadiyyatına keçidin bütün tələblərinə cavab verir. Azərbaycan Respublikasının dövlət vergi xidməti Vergilər Nazirliyindən və bilavasitə ona tabe olan ərazi vergi orqanlarından ibarət olan vahid mərkəzləşdirilmiş sistemdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyinin Tədris Mərkəzi, İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssələr ilə iş üzrə Departament,Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti, Bakı şəhəri Baş Vergilər İdarəsi, Ərazi Vergilər İdarələri, Respublikanın şəhər və rayonları üzrə Vergilər idarələri və şöbələri daxildir. Vergilər Nazirliyi dövlət idarəetmə orqanları sisteminə daxildir və Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə tabedir. Vergi xidmətinin mərkəzləşdirilmiş sistem kimi qurulması ölkənin bütün ərazisində vahid vergi siyasətinin keçirilməsinə imkan verir. Vergilər Nazirliyi aşağı orqanların yuxarı orqanlara tabeçiliyi prinsipi ilə qurulmuş mərkəzləşdirilmiş sistemdir. Nazirlik və ona tabe olan bütün vergi orqanları hüquqi şəxsdirlər, onların hər birinin müstəqil xərclər smetası, bankda cari hesabı, xəbərdarlıq orqanında xəzinə hesabı, Azərbaycan Respublikasının dövlət gerbi təsvir olunmuş möhürü, müvafiq möhür və ştampları,VÖEN-ni vardır. Vergilər Nazirliyinə vergi orqanları qarşısına qoyulan tələblərin və vəzifələrin yerinə yetirilməsinə şəxsən cavabdeh olan nazir rəhbərlik edir. Onu bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir. Dövlət vergi xidməti orqanları şaquli tabeçilik prinsipi əsasında fəaliyyət göstərir. Şaquli tabeçilik informasiya mübadiləsini sürətləndirir və təlimat xarakerli qanunvericik materiallarının vergi orqanları üzrə yayılmasını şərtləndirir.
|