Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Xanlar Əhmədov   

Xanlar Əhmədov

  

Xanlar Əhmədov (1946)

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Rusiyada Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. 1968-ci ildən etibarən beynəlxalq sərgilərin iştirakçısıdır. 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.  
Əsasən dəzgah və monumerntal heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Maraqlı və orijinallığı ilə seçilən bir sıra müxtəlif əsərləri muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında “Nalə”, “Ana körpəsi ilə”, “Yanmış qadın”, “Ata fəryadı” əsərlərini misal çəkmək olar. “Azadlıq prospekti” metro stansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.
1976-cı ildə Moskvada gənclər mükafatına, 1982-ci ildə isə Ümumüttifaq Kənd Təsərrüfatı sərgisində bürünc medala sahib olub. 1995-96-cı illərdə “Humay” mükafatının laureatı seçilib.



Oxunub: 65667