Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » İbrahim Zeynalov   

İbrahim Zeynalov

  

İbrahim Zeynalov (1934-2008)

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Xarkov Rəssamlıq institutunu bitirib.
1971-1973-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.
İbrahim Zeynalov tarixi şəxsiyyətlərin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin obrazlarını yaradıb.
İbrahim Zeynalov 1972-ci ildə SSRİ Dövlət mükafatı, 1976-cı ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1975-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1988-ci ildə isə Xalq rəssamı adına layiq görülüb.
Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.



Oxunub: 385325