Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Münəvvər Rzayeva   

Münəvvər Rzayeva

  

Münəvvər Rzayeva (1929-2004)

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Surikov adına Rəssamlıq Akademiyasında təhsil alıb. 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
Əsasən psixoloji portretlər işləyib. Yaradıcılığında qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edib. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlər yaradıb.
Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəlin müəllifidir. Bakıdakı heykəllərdən: Sevil Qazıyevın qorelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin heykəlini (qırmızı qranit, 1970), rus şairi Yeseninin heykəlini (1977), Ayna Sultanovanın heykəlini (1986), Nizami adına Ədəbiyyat Muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.
Gəncədə Məhsəti Gəncəvinin (bürünc, 1983), Nigar Rəfibəylinin (bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Xızıda Mikayıl Müşfiqin (bürünc, 1989) heykəllərini yaradıb.
Onun sonuncu işlərindən biri Azərbaycanın Qusar rayonunda yerləşən dağın 3763 m. hündürlükdəki «Heydər Zirvəsinə» bərkidilən Azərbaycan Respublikasının eks prezidenti Heydər Əliyevin tunc barelyefi olub (uzunluğu 82 sm, eni 59 sm, ağırlığı 42 kq-dır). Barelyef 1998-ci il mayın 10-da Heydər Əliyevin 75 illik yubileyi münasibətilə alpinistlər dəstəsi tərəfindən fəth olunmuş ən uca dağ zirvəsinə bərkidilib.



Oxunub: 161445