Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Layla və oxşamalar   

Layla və oxşamalar

  


Laylalar
Laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir və buna görə də bəzən beşik nəğməsi də adlanır. Laylalarda ananın körpəyə olan məhəbbəti, onun övladı ilə bağlı arzu və istəkləri yüksək poetik bir dillə tərənnüm edilir. Laylalar əsasən dörd misradan ibarət olub yeddilik şeirin tələbinə uyğundur:
Laylay gözüm, bəbəyim,
Hər arzum, hər diləyim,
Dar gündə, bəd ayaqda
Sənsən mənim köməyim.
Balam, laylay, a laylay
Gülüm, laylay, ay laylay.

Oxşamalar
Oxşamalar uşağı oxşatma, əyləndirmək məqsədilə söylənən və uşaqların zövqünü, düşüncəsini oxşayan mətnlərdir. Oxşamalar körpənin lap kiçik vaxtlarında, hələ özləri hərəkət edib, deyib-gülə bilmədikləri vaxtlarda söylənilir. Misallar: 
...Ay tanrı bundan beş dənə ver,
Göydə uçan quşlara ver.
Qarımış, qaralmışlara
Evində qalmışlara ver.
...
Dağda darılar,
Sünbülü sarılar
Qoca qarılar
Bu balama qurban.



Oxunub: 113857



Azərbaycan Televiziyaları
İnternet Radio