Baş səhifə    » XALÇAÇILIQ    » Xalçaçılıq məktəbləri    » Naxçıvan məktəbi   

Naxçıvan məktəbi

  

Qədim zamanlardan bəri Naxçıvan Azərbaycanın sənət, ticarət və mədəni mərkəzləri arasında özünün dekorativ və tətbiqi sənətlərinə görə məşhur idi. Xalça toxuculuğu bu regionda aparıcı peşə və kommersiya sahələrindən biri idi.
Naxçıvan, Şahbuz, Ordubad və Culfa kimi yerlər əsrlər boyu həm yun və həm də ipəkdən istifadə edərək xovlu və xovsuz xalça toxuculunun mərkəzləri idi.
Qarabağda olduğu kimi burada da Dəst xali gəbə xalça dəstləri çox populyar idi və onların ümumi sahəsi 20-30 kvadrat metrə çatırdı. Həmin vaxtda, Naxçıvan üçün tipik olan xalçalar həndəsi, nəbati və heyvan ornamentləri ilə uzun, ensin və zolaqlı idilər
Naxçıvanın Əjdaha (18-19-cu əsrləri) adlı öz zəngin və müxtəlif tərkibi ilə tanınmış xalçalarını indi İstanbulda tapmaq olar.
Naxçıvan xalçalarının ölçüsü 2-dən 20 kvadrat metrə qədər dəyişir. Ölçüsü 25-30 kvadrat metrə qədər olan bəzi nəhəng xalçalar isə heç də qeyri-adi deyildir. Naxçıvan xalçalarının sıxlığı hər bir kv.desimetrdə 30x30–dən 40x40 düyünlə (bir kv.metrdə 90-160 min düyün ) olur və xovlar isə 6-10 mm arasında dəyişir




Oxunub: 89166