Baş səhifə    » XALÇAÇILIQ    » Xalçaçılıq məktəbləri    » Şirvan məktəbi   

Şirvan məktəbi

  

Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn, öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. 
Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar daxildir.
Şirvan xalçalarının bədii dəyəri haqqında VI-VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.




Oxunub: 125264