Baş səhifə
» XALÇAÇILIQ
» Xalçaçılıq məktəbləri
» Təbriz məktəbi
Təbriz məktəbiTəbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil . - Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir. «Təbriz», «Qeris», «Ləçəkturunc», «Əfşan», «ağacalı», «Dörd fəsil». - Ərdəbil qrupu isə «Ərdəbil», «Şeyx Səfi», «Sərabi», «Şah Abbası», «Mir» kimi xalçaları ilə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatmış bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətləri zaman keçdikçə Azərbaycandan kənarlarda da məşhurlaşmağa başladı. Təbriz xalçaçılıq məktəbindən bəzi nümunələr - Xalça "Ovçuluq"-Təbriz, 1522-1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan - Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London - Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York - Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt - Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris - Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından - Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
|