Baş səhifə
» XALÇAÇILIQ
» Xalçaçılıq məktəbləri
» Qazax məktəbi
Qazax məktəbiQazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir. Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir. Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərlixalçası", "Göyçəli xalçası", "Salahlı xalçası" və s. çeşnili xalçalar daxildir. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.
|