Baş səhifə
» COĞRAFİYA
» Əhali coğrafiyası
» Əhalinin miqrasiyası
Əhalinin miqrasiyasıƏhalinin miqrasiyası ayrı-ayrı vaxtlarda ölkədə baş verən içtimai-siyasi və tarixi-iqtisadi amillərin təsiri ilə getmişdir. XIX əsrin əvvəllərində (1828) Azərbaycan Rusiyamn tərkibinə qatıldıqdan sonra bura əvvəlcə ermənilər (xüsusilə Qarabağa), XIX əsrin ikinci yarısında Muğana, Gədəbəyə, Dağlıq Şirvana və Abşerona ruslar immiqrasiya etmişlər. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar dünyanın bir çox regionlarından bura müxtəlif milliətlərin nümayəndələri gəlmişlər. İkinci Dünya müharibəsi zamanı keçmiş Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) müharibə gedən ərazilərindən köçürülən rus, ukrayna, belorus və digər millətlərin bir hissəsi də respublikamıza gəlmişdir. XX əsrin 60-70-ci illərindən isə əhali Azərbaycandan Rusiya, Ukrayna, Belorus və Mərkəzi Asiya respublikalarına miqrasiya etmişdir. İlk vaxtlarda hər il respublikamızdan 0,4-40 min nəfər adam Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərinə, Sibir, Uzaq Şərq və digər regionlarına miqrasiya etmişlər. 1948-53-cü illərdə Ermənistandan 150 min nəfərdən çox azərbaycanlı məcburən tarixi torpaqlarından respublikamıza köçürülmüşdür. Ölkə daxilində əhalinin miqrasiyasının əsas istiqaməti kəndlərdən şəhərə doğrudur. Miqrasiya edən əhalinin 1/5-i Bakıya gəlir. Son vaxtlar Qarabağ və Ermənistanla sərhəd rayonlarından köçürülən əhali respublikanın digər ərazilərində, xüsusilə Abşeronda yerləşdirilir.
|