Baş səhifə    » COĞRAFİYA    » Əhali coğrafiyası    » Əhali sayının dinamikası və təbii artım   

Əhali sayının dinamikası və təbii artım

  

XX əsrin birinci yarısında Azərbaycanda əhalinin artımına Birinci Dünya müharibəsi, 1918-1920-ci illərdə ölkədə baş verən inqilabi çevrilişlər, xarici müdaxilə va vətəndaş müharibəsi, 30-cu illərdə ölkədə tüğyan edən kütləvi repressiyalar (30 min nəfərə qədər əhali məvh edilmişdir) mənfi təsir etmişdir. Məsələn, 1913-1920-ci illərdə Azərbaycanda əhallnin sayı 386,9 min nəfər azalmışdır (16,6%). İkinci Dünya müharibəsində olan itkilər (300 min nəfər) də burada əhalinin sayının azalmasına səbəb olan əsas hadisələrdən biridir. Məhz bu dövrdə əhalinin güclu emiqrasiyası da baş vermişdir. Əhalinin sayının müharibədən əvvəlki səviyyəsi yalnız 1955-ci ildə bərpa edilmişdir (3277,2 min nəfər).
Azərbaycan artıq əhalinin təbii artım göstəricilərinə görə birinci tip ölkələr qrupuna daxil olmuşdur. Ölkədə əhalinin orta ömür müddəti 72,2 il, o cümlədan qadınlar üçün 75,0 il, kişilər üçün 69,4 ildir.

Əhalinin illərə görə sayı (min nəfər)


Cədvəllə əlaqədar qeydlər
Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir.



Oxunub: 174761